adalet.az header logo
  • Bakı -°C
09 Dekabr 2025 15:53
88
DÜNYA
A- A+

"Ukraynada prezident seçkilərinin vaxtıdır" - Trampdan çağırış

"Ukraynada prezident seçkilərinin vaxtıdır; respublika sakinlərinin öz dövlət başçısını seçmək hüququ olmalıdır".

Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib. 

"Uzun müddət keçdi. İşlər bu gün xüsusilə yaxşı deyil... Məncə, indi seçkilərin keçirilmə vaxtıdır. Onlar seçkilərdən yayınmaq üçün müharibədən istifadə edirlər, lakin məncə, Ukrayna xalqının bu seçimi olmalıdır", - Tramp deyib.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin bəyan etmişdi ki, Rusiya Federasiyası hətta hərbi əməliyyatlar zamanı, o cümlədən prezident seçkiləri zamanı da seçki keçirir, Ukrayna isə “nədənsə yox”.

Qeyd edək ki,  Volodimir Zelenskinin Ukrayna prezidenti kimi səlahiyyət müddəti 2024-cü il mayın 20-də başa çatıb.Ukraynada ölkədə elan edilən hərbi vəziyyətə görə yeni lider üçün seçkilər keçirilməyib.