Ukraynada terror aktı cəhdinin qarşısı alınıb

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) cəbhəyanı Dnepr şəhərində yerli sakinin planlaşdırdığı irimiqyaslı terror aktının qarşısını alıb.
Bu barədə Adalet.az UTX-nin bəyanatına istinadən məlumat verir.
Məlumata görə, qadın Rusiya xüsusi xidmət orqanlarına işləyirmiş.
"Həyata keçirilən kompleks tədbirlər nəticəsində şəhərin mərkəzində hüquq-mühafizə orqanlarından birinin inzibati binasını partlatmağı planlaşdıran Rusiya agenti saxlanılıb", - bəyanatda qeyd olunub.
Hüquq-mühafizə orqanlarının əməkdaşları partlayıcı qurğunu müsadirə edərək zərərsizləşdirib, qadını isə şəhərdən qaçmağa cəhd edərkən saxlayıblar.
Digər Xəbərlər

Putin Netanyahu ilə danışdı

Ərdoğan Ukraynaya səfər edəcək

ABŞ-nin iki sualtı qayığı Rusiya sərhədlərində

Tayvanda yağışlar insan ölümünə səbəb olub

"TikTok" üçün video çəkdilər, saxlanıldılar - VİDEO

KİV: Türkiyə istənilən vaxt Rusiya və Ukrayna arasında vasitəçiliyi bərpa etməyə hazırdır

Yəmən miqrantlarının acı taleyi:Ölənlərin sayı 68-ə çatdı
