Ukraynalı səfir “incimiş kolbasa” dediyi alman kansleri yenə tənqid etdi: Səbəb...
Xəbər verdiyimiz kimi, Ukraynanın Berlindəki səfiri Andrey Melnik kansler Olaf Şoltsun ünvanına “incimiş kolbasa” ifadəsi işlətmişdi. Sonradan Melnik bu ifadəsinə görə, heç vaxt Şoltsdan üzr istəməyəcəyini bildirmişdi.
Almaniya kansleri Olaf Şolz Ukrayna səfiri Andrey Melnikin ona ünvanladığı bəyanatla bağlı açıqlama verməkdən imtina edib.
Şolts “t-online” portalına müsahibəsi zamanı bu sözləri jurnalistin öz mühakiməsinə buraxacağını bildirib və mövzunu dəyişib:“Hər sözə bu qədər əhəmiyyət verməyə ehtiyac yoxdur. Əsas məsələyə diqqət yetirmək vacibdir. Biz Ukraynaya özünü müdafiə etməkdə kömək etmək istəyirik. Biz müttəfiqlərimizlə birlikdə Rusiyanın müharibəni dayandırmasını və qoşunlarını Ukrayna ərazisindən çıxarmasını istəyirik. Ona görə də biz geniş sanksiyalar tətbiq etdik”.
Adalet.az Türkiyə mediasına istinadən xəbər verir ki, Melnik növbəti dəfə Olaf Şolzı tənqidə məruz qoyub. Almaniya kanslerini Ukraynaya ağır silahların çatdırılmasını gecikdirdiyinə görə növbəti dəfə tənqid edən səfir bildirib ki, hərbi kömək baxımından Berlin sadəcə olaraq Kiyevi məyus edir: “Davosdakı çıxışı zamanı Şolts Ukraynanın AB-yə üzvlüyü ilə bağlı ürəkaçan siqnallar vermədi və Kiyevə dəstək tədbirlərindən danışmadı. Çox güman ki, onun cəsarəti və liderliyi çatışmır”
Qeyd edək ki, Ukrayna rəsmiləri Rusiya ilə müharibədə Almaniya hökumətinin onlara dəstək vermədiyini bildirərək, narazılıqlarını ifadə etmişdilər.
Əntiqə Rəşid
Digər Xəbərlər
24 Dekabr 2025 16:31
Hakan Fidan HƏMAS liderləri ilə görüşdü
24 Dekabr 2025 16:15
Ərdoğan Liviya Baş nazirinə başsağlığı verdi
24 Dekabr 2025 12:53
Çin 100 milyon ton neft ehtiyatı aşkar etdi
24 Dekabr 2025 11:58
Tramp Paşinyana hədiyyə göndərdi
24 Dekabr 2025 11:38
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu
24 Dekabr 2025 11:25
Rifah və sağlamlıq: Türk üslubunda kompleks istirahət - FOTOLAR
24 Dekabr 2025 11:24
Qəzaya uğrayan Liviya təyyarəsinin qara qutusu tapıldı
24 Dekabr 2025 10:50


Bakı -°C

