Ukraynanın Azərbaycandakı səfirinin səlahiyyət müddəti başa çatdı
Aprelin 2-də xarici işlər naziri Ceyhun Bayramov Ukraynanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevskini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Adalet.az xəbər verir ki, görüşdə Azərbaycanla Ukrayna arasında strateji tərəfdaşlıq münasibətlərinin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub və əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
İki ölkə və xalqlarımız arasında münasibətlərin tarixi təməllərə əsaslandığı, daim beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən ərazi bütövlüyü və suverenliyə hörmət əsasında inkişaf etdiyi xüsusilə qeyd olunub.
Görüşdə Ukrayna tərəfi Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımın ölkəsi üçün əhəmiyyətini vurğulayıb və buna görə minnətdar olduqlarını qeyd edib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Səfir Kanevskiyə iki ölkə arasında əlaqələrin inkişafına verdiyi töhfəyə görə təşəkkür edilib, ona gələcək fəaliyyətində uğurlar arzulanıb.
Digər Xəbərlər
21 Oktyabr 2026 17:10
İlham Əliyev bu sazişləri təsdiq etdi - YENİLƏNİB
21 Oktyabr 2026 13:55
Şimali Makedoniya rəhbəri İlham Əliyevə zəng etdi
21 Oktyabr 2026 13:22
Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan edib - SİYAHI
21 Oktyabr 2026 12:50
Kobaxidze Azərbaycana gəlir
21 Oktyabr 2026 11:37
"Azərbaycanın regionlarının şəhərlə fərqi yoxdur" - Siyavuş Novruzov
21 Oktyabr 2026 11:33
"Qlobal dünyada, həyatımızda çox ciddi dəyişikliklər baş verir" - Vitse-spiker
21 Oktyabr 2026 10:54
“Son 12 ayda 112 ölkədə 3 milyon 200 mindən çox etiraz aksiyası qeydə alınıb...”
21 Oktyabr 2026 10:26


Bakı -°C

