adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
15 Aprel 2024 12:20
479
DÜNYA

Ukraynaya “Sezar”  gətirən fransızlar bombalanıb: "Le Fiqaro"  haqlı çıxdı

Ötən ay Fransa Prezidenti Emmanuel Makron Qərb qoşunlarının Ukraynaya göndərilməsinə dair açıqlaması Avropada müzakirələrə səbəb olmuşdu. Hətta Fransa Müdafiə Nazirliyinin keçmiş rəhbəri Erve Moren ölkə prezidenti Emmanuel Makronu Ukraynaya dair mövqeyinə görə tənqid də etdi.

Həmin vaxt Fransanın ən nüfuzlu "Le Fiqaro" “ nəşri yazdı ki, Fransa ordusunun Ukraynada Rusiya qoşunlarına qarşı döyüşmək üçün kifayət qədər təcrübəsi və resursları yoxdur. Yəni, rusiyalı əsgərləri hərbi münaqişədə bilavasitə iştirak etdikləri üçün müəyyən döyüş hazırlığına malikdirlər və elə bu səbəbdən də Fransa ordusu Ukraynada Rusiya ilə bacarmayacaq.

Deyəsən, "Le Fiqaro" haqlı çıxdı.

Adalet.az xəbər verir ki, Rusiya ordusu Slavyanskda fransız hərbçilərin yerləşdiyi məkana zərbələr endirib.

 

Məlumata görə, zərbələr Ukrayna ordusu üçün “Sezar” artilleriya qurğularını gətirən fransızların olduğu yerə endirilib.

Qeyd edək ki, mart ayının 26-da  Fransa müdafiə naziri Sebastyan Lekornu Fransanın tezliklə Ukraynanı 78 ədəd “Sezar” haubitsası ilə təmin edə biləcək və Kiyevin sursata təcili ehtiyaclarını ödəmək üçün mərmi tədarükünü artıracaq demişdi.

Lekornu onu da bildirmişdi ki, Fransa, Ukrayna və Danimarka arasında 155 mm-lik “Sezar” özüyeriyən haubitsalarının maliyyələşdirilməsinə dair razılıq əldə olunub və bu, Fransaya onları tez bir zamanda tədarük etməyə imkan verəcək:"Fransa həmçinin bu il Ukraynaya 155 mm-lik silahlar üçün 80 min mərmi tədarük etməyi qarşısına hədəf qoyub".

 P.S. "Le Fiqaro"ya demək lazımdır ki, Azərbaycan hərbçilərinin də müəyyən döyüş hazırlığı var. Fransa ordusu heç Qafqazda da Azərbaycan ordusu ilə bacarmayacaq.

Əntiqə Rəşid