01 Fevral 2023 20:27
355
DÜNYA

"Ukraynaya silah tədarükü münaqişənin sülh yolu ilə həllinə şərait yarada bilər" - Stoltenberq

"Qərbin Ukraynaya silah tədarükü münaqişənin sülh yolu ilə həllinin mümkün olacağı şərait yarada bilər".

Adalet.az xəbər verir ki, bunu NATO -nun baş katibi Yens Stoltenberq bildirib .

Alyans rəhbərinin dediyi kimi, NATO Ukraynadakı münaqişəni uzatmağa hazır olmalıdır, çünki blok Rusiyanın “sülhə hazırlaşdığını” göstərən əlamətlər görmür .

Onun sözlərinə görə, NATO Ukraynaya hərbi dəstək səviyyəsini saxlamalıdır, çünki o, “döyüş meydanındakı vəziyyəti hər gün dəyişir”.

“Bu gün verilən silahlar sabah sülh yolu ilə həll üçün şərait yarada bilər”, Stoltenberq bildirib.

Bundan əvvəl Yens Stoltenberq Cənubi Koreyaya səfər edib və burada konfrans zamanı Rusiyanın Ukraynaya yeni hücuma hazırlaşdığını bildirib. NATO rəhbəri Moskvanın qalib gəlməsinə imkan verməməyə, Kiyevə kömək etməyə davam etməyə çağırıb və Pekini Rusiya Federasiyası ilə sıx əməkdaşlığa görə qınayıb .