adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
12 Sentyabr 2022 11:06
529
ELM VƏ TƏHSİL

UMBERTO EKO: DƏRSLİK MÜƏLLİM ROLUNDA - Etibar Əliyev yazır

Hökumətin məktəb dərsliklərinin internetdə verilmiş materiallarla əvəzlənməsi təklifi birmənalı qarşılanmadı. Nəşriyyatlar və kitab satıcıları bunu minlərlə insanın çalışdığı sahəyə vurulan öldürücü zərbə kimi qiymətləndirdilər. Mən nəşriyyatlar və kitabsatanları başa düşürəm. Ancaq bunu da inkar etmək olmaz ki, bu əsasda nələrsə baş verib: onda gərək karet istehsal edənlər, atabaxanlar və faytonçular buxar maşınına, toxucular isə tikiş maşınlarına qarşı çıxaydılar.

İkinci etiraz: əgər bu baş verərsə, hər bir təhsilalana kompüter vermək lazım olacaq; çətin ki, hökumət bu qədər xərcin altına girə bilsin və xərclərin valideynlərin üzərinə qoyulması isə o deməkdir ki, onlar dərsliklə müqayisədə daha çox vəsait xərcləməli olacaqlar. Digər tərəfdən hər sinfə bir kompüterin verilməsi internetdən fərdi axtarışı məhdudlaşdıra bilər.

Əslində problem başqadır. İnternet dərsliyi əvəzləməməlidr, o çox üslublu şəkildə onu tamamlamalı və şagirdi daha çox oxumağa cəlb etməlidir. Kitab biliyin verilməsi və yayılmasının əsas aləti kimi qalmalı, məktəb dərslikləri əvəzsis olaraq uşaqların kitabdan istifadə etmək imkanlarını artrırmalıdır. Bununla yanaşı İnternet rəngarəng informasiyaları təqdim edir, lakin onların seçimində süzgəci təmin etmir. Təhsilin məqsədi təkcə informasiyaların verilməsi olmamalıdr, həm də seçim kriteriyalarını izah etməlidir. Bu vəzifəni istisnasız olaraq müəllim və məktəb dərsliyi yerinə yetirir. Əgər biz uşağa mədəniyyətin üst-üstə toplananlar deyil, arıtma (seçim) olduğunu izah etməsək təhsil deyil, psixi gərginlik əldə etmiş olacağıq.

Dərslik ona görə dəyərlidir ki, o müəllimin nəzərindən qaçanları (tənbəllikdən və ya vaxt azlığından) bizm tərəfimizdən aşkara çıxarılmasına şərait yaradır.

Bununla yanaşı dərslik məktəb illərini daha həyacanlı və faydalı şəkildə xatırlanmasına xidmət edir.

Əlbəttə ki, rəngli ilüstrasiyalı kitablardan imtina etsək, kitab yüngül və ucuz ola bilər. Tarix dərsliyindən Yuli Sezarın kimliyi haqqında oxuyun, sonra kompüterdə Google İmagedə axtarış verib Sezarin təsviri, onun dövründə Romanın rekonstruksiya olunmuş zahiri görünüşü və diaqrmlarla tanış olun. Əgər dərsliklərdə əlverişli saytların adları sadalansa və onlara daxil olub əlavə materiallarla tanış olsaq belə, bütün bunlar şagird üçün fərdi məcara rolunu oynayacaq. Müəllim şagirdinə izah etməlidir: Necə bilək ki, sayt ciddi və mötəbərdir, səthi materiallarla başımızı qatmır! Kitab və İnternet, Kitab və Tüfəngdən (kitab və tüfəng-ideal faşist. Faşizm dövründə könüllü tələbə hərbi qruplaşmanın devizi olub) daha yaxşıdır.

Sonda: məktəb dərsliyini ləğv etmək olmaz, internet şagird çantalarına sığışmayan ağır lüğətləri əvəz edə bilər. Ödənişsiz latın, yunan və digər lüğətləri çox vaxt itirmədən internetdən çəkmək mümkündür.

Əsas odur ki, kitab qalmalıdır.