Uşaqları dini ayinlərdə iştiraka məcbur etmək qadağan olunacaq
Uşaqların dinə etiqad etməyə məcbur olunması qadağan edilir.
Adalet.az xəbər verir ki, bu məsələ yeni hazırlanan "Uşaq hüquqları haqqında" qanun layihəsində əks olunub.
Layihəyə əsasən, valideynlər (onları əvəz edən şəxslər) qarşılıqlı razılıq əsasında uşaqları özlərinin dini əqidəsinə və dinə münasibətinə uyğun tərbiyə edə biləcəklər.
Qeyd olunub ki, uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağandır. Uşaqların dini tərbiyəsi onların fiziki və psixi sağlamlığına mənfi təsir göstərməməlidir.
Sənəddə bildirilib ki, yalnız qanunda nəzərdə tutulan hallarda ictimai təhlükəsizlik mənafeləri üçün, ictimai qaydanın təmin edilməsi, sağlamlığın, mənəviyyatın və ya digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün uşağın dini etiqad azadlığına məhdudiyyətlər qoyula bilər.
Digər Xəbərlər
28 Yanvar 2026 12:10
"Hazırda ailə dəyərləri itir" - Nazir müavini
28 Yanvar 2026 11:35
Uşaqlar barəsində yeni dövlət siyasəti müəyyənləşir
28 Yanvar 2026 11:28
Həkimlər körpələrin yanına buraxılmayıb - Perinatal Mərkəzdəki yanğınla bağlı məhkəmə
28 Yanvar 2026 10:58
Komitə sədri Milli Məclisə gəldi - Uşaq hüquqları müzakirə olunur
28 Yanvar 2026 10:29
DYP hava ilə bağlı xəbərdarlıq etdi
27 Yanvar 2026 18:04
"Bakı Metropoliteni" Çin bankı ilə əməkdaşlığı müzakirə etdi
27 Yanvar 2026 17:51
Baş Prokurorluqdan dəm qazı təhlükəsi ilə bağlı vətəndaşlara müraciət
27 Yanvar 2026 17:03


Bakı -°C

