Uzun səyahətə çıxan gəmi təbil çalır - Sərnişinlər virusa yoluxub
Almaniyaya məxsus "AIDA Cruises" gəmisində norovirus sürətlə yayılıb. Gəmidə olan 2 007 sərnişin və 640 heyət üzvündən azı 95 sərnişin və 6 ekipaj üzvünün virusa yoluxduğu bildirilib.
Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) yoluxma hallarını təsdiqləyərək, noyabrın 30-da qeydə alınan bu epidemiya zamanı əsas simptomların ishal və qusma olduğunu açıqlayıb. Qeyd olunub ki, bəzi hallarda qusmanın şiddəti hətta qabırğa çatlamalarına səbəb olub.
"AIDA Cruises" noyabrın 10-da Hamburqdan dünya turuna start verib. Səyahət zamanı gəmi İngiltərə, Kanada, ABŞ, Meksika, Panama, Yaponiya, Tayvan, Sinqapur, Tayland və Cənubi Afrika kimi ölkələrə səfər edib. Gəminin Almaniyaya qayıdışı 23 mart 2026-cı il üçün planlaşdırılıb.
"AIDA Cruises" gəmidə dezinfeksiya işlərinin gücləndirildiyini, simptom göstərən şəxslərdən nümunələrin götürüldüyünü və xəstələrin izolasiya edildiyini bildirib. Şirkət əlavə edib ki, noyabr–aprel aylarında artan mövsümi xəstəliklərlə əlaqədar olaraq gəmidə əlavə gigiyena protokolları tətbiq edilib və yoluxma sayında azalma müşahidə olunur.
Məlumata görə, bu hadisə 2025-ci ildə qeydə alınan 21-ci gəmi mənşəli bağırsaq infeksiyasıdır və onların 16-sının norovirus səbəbindən baş verdiyi bildirilib.
Digər Xəbərlər
23 Yanvar 2026 23:59
Əbu-Dabidə üçtərəfli görüş BAŞA ÇATDI - YENİLƏNİB + VİDEO
23 Yanvar 2026 23:21
Ərdoğan Balkan Sülh Platformasının iştirakçılarını qəbul edib
23 Yanvar 2026 23:07
Trampa qarşı çıxmayın, hər şeyi itirə bilərik - Meloni
23 Yanvar 2026 22:57
ABŞ-ın Suriyada qalması üçün bir səbəb yoxdur - Hakan Fidan
23 Yanvar 2026 18:00
Əbu-Dabidə nə edəcəyimizi bilirik - Zelenski
23 Yanvar 2026 17:45
Özbəkistan və Türkiyə hərbi əməkdaşlıq müqaviləsi imzaladı
23 Yanvar 2026 11:24
2025-ci ildə Türkiyənin arxeoloji kəşfləri – FOTOLAR
23 Yanvar 2026 10:14


Bakı -°C

