14 Sentyabr 2025 13:12
318
DÜNYA

Valuyev axtarışa verildi

Ukrayna Təhlükəsizlik Xidməti Rusiya Dövlət Dumasının deputatı və keçmiş boksçu Nikolay Valuyevi axtarışa verib.

Adalet.az TASS-a istinadən xəbər verir ki, bu haqda Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Valuev 2022-ci ildə Xmelnitski vilayətinin təhlükəsizlik xidməti tərəfindən axtarışa verilmişdi. Ona “Ukraynanın ərazi bütövlüyünə qəsd” maddəsi ilə qiyabi ittiham irəli sürülüb.