14 Sentyabr 2025 00:12
80
DÜNYA

“Moskvada pul çoxdur, amma bəs etmir” - Putin

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Moskvanın böyük maliyyə imkanlarına baxmayaraq, vəsait şəhərin bütün ehtiyaclarını qarşılamağa yetmir.

Adalet.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Əlbəttə, digər regionların nümayəndələri deyə bilərlər ki, Moskvada pul çoxdur. Amma pul hər yerdə və həmişə azdır, bəs etmir. Nə qədər çox olsa da, iqtisadiyyat da o qədər böyüyür. Pul heç vaxt kifayət etmir”, – deyə Putin Moskvada keçirilən “Abituriyent günü” tədbirində çıxışı zamanı vurğulayıb.