27 Oktyabr 2023 10:58
7113
MÜSAHİBƏ

"Vazgen Sarkisyanı baş nazir, müdafiə naziri edən səbəb türkə nifrəti idi "- MÜSAHİBƏ

1999-cu il 27 oktyabrda Ermənistan parlamentində qətliamla nəticələnən terror hadisəsi baş verir.Silahlı terrorçu Ermənistan Milli Məclisinin spikeri Karen Dəmirçyan , baş nazir Vazgen Sarkisyan olmaqla daha 6 dövlət rəsmisi və Milli Məclisin deputatı öldü, 8 nəfər yaralandı, 91 nəfər əsir götürüldü.

Bəli, qətliamın arxasında Robert Koçaryanın özünün dayandığı iddia olunurdu. Məlumatlara görə, Robert Koçaryan Karen Demirçyan və Vazgen Sarkisyan kimi nüfuzlu şəxsləri aradan götürtməklə dövlət aparatı, oliqarxiya və orduda öz mövqelərini möhkəmlədə bildi.

Maraqlı idi, qatı millətçi, Azərbaycan xalqının qatili olan  ermənilərin Sparpet (komandos)adı verdiyi  Vazgen Sərkisyanın ölümü Ermənistan üçün, o vaxtkı qondarma rejim üçün böyük itki deyildimi?


Tanınmış jurnalist İlham Cəmiloğlu ilə bu mövzudakı söhbətimizin oxucular üçün maraqlı olacağını düşünüb, məqaləni sizin də diqqətinizə çatdırmağı özümə borc bilirəm:


- Ermənistanın baş naziri və müdafiə naziri olmuş Vazgen Sarkisyanı Azərbaycan oxucusuna necə təqdim edərdiniz? O kimdir?


- Gənc yaşlarından qatı millətçi kimi tanınan, antiazərbaycan, antitürk təbliğatçı kimi tanınan Vazgen Sarkisyan əslində bir erməni və təsəvvür edin belə bir erməninin əlində kifayət qədər səlahiyyət var.O Azərbaycanın qədim yurdu olan Vedi rayonunun Dəvəli kəndində 5 mart 1959 anadan olub. Orta məktəbi bitirdikdən sonra İrəvan Bədən Tərbiyəsi İnstitutunda ali təhsil alıb. İlk əmək fəaliyyətinə orta məktəbdə idman müəllimi kimi başlayıb. Daha sonra komsomol orqanlarında işləyən Vazgen Sarkisyan həm də bir müddət ədəbi yaradıcılıqla da məşğul olub. Vazgen Sarkisyan 1990-cı ildə Ermənistan Ali Sovetinə deputat seçilib. O, Qarabağ hadisələri başlanan gündən erməni hərəkatının ən fəal üzvlərindən biri sayılıb və Qarabağda ilk silahlı dəstələrin yaradıcılarından biri olub. Vazgen Sarkisyan 1991-ci ildə Ermənistanın ilk müdafiə naziri təyin edilib.


- Bəli, türkə qarşı nifrəti onu xəstə təxəyyüllü topluma sevdirib ki, belə tez yüksək vəzifələrə atıla bilib.


- Elədir, o, nazir kimi fəaliyyətini Ermənistanda deyil, Qarabağda icra edib. “Qələbə simvolu” adını qazanan Vazgen Sarkisyan Şuşanın və Laçının işğal edilməsini özünün ən böyük “uğuru” sayıb. Ümumiyyətlə, o, Ağdərədə, Şuşada, Xocalıda, Laçında, Xocavənddə keçirilən əsas hərbi əməliyyatlara rəhbərlik edib. 1992-ci ilin sonlarında Vazgen Sarkisyan Ermənistan prezidentinin müdafiə məsələləri üzrə müşaviri vəzifəsində çalışıb. 1993-cü ildə isə o, dövlət naziri kimi Ermənistanda müdafiə, təhlükəsizlik və daxili işlər orqanlarına başçılıq edib.


Vazgen Sarkisyan Qarabağa qanunsuz silah daşınmalarında və xarici ölkələrdə yaşayan erməni hərbçilərin Qarabağa cəlb edilməsində xüsusi fəallıq göstərib.Cəllad xislətli Sarkisyan uzun-uzadı müzakirə və mübahisələri xoşlamayıb, o, istənilən vaxt, istənilən məkanda məsələni qısa və konkret öz tabel silahı ilə həll etməyə daha çox üstünlük verib.Vazgen Sarkisyan 1995-ci ildə ikinci dəfə Ermənistanın müdafiə naziri təyin edilib. Bütövlükdə həm Qarabağda, həm də Ermənistanda silahlı qüvvələri öz nəzarəti altında saxlamağı bacaran Vazgen Sarkisyan erməni siyasi liderləri üçün təhlükəli bir şəxsə çevrilib.


- Deməli, keçini əcəli gəlməyə başlayıb....


- 1997-1998-ci illərdə Vazgen Sarkisyan Robert Koçaryan və Serj Sarkisyanla birgə üçlük yaradaraq Levon ter-petrosyanın hakimiyyətdən devrilməsinə nail olub. Məhz Robert Koçaryanın Ermənistan prezidenti seçilməsində Vazgen Sarkisyanın xüsusi rolu olub.
1998-ci ildə Vazgen Sarkisyan Ermənistan Respublikaçılar partiyasına sədr seçilib. Ermənistanın keçmiş birinci katibi Karen Dəmirçyan isə Xalq Partiyasına rəhbərlik edib. Parlament seçkilərində də məhz bu iki partiya daha çox yer alıb. Bununla da, 1999-cu ildə Vazgen Sarkisyan baş nazir, Karen Dəmirçiyan isə parlamentin sədri kürsülərinə sahib olublar.


Həmin ərəfədə Ermənistanda əsas hakimiyyət də elə bu cütlüyün, Sarkisyan-Dəmirçiyan cütlüyünün əlində olub. Robert Koçaryana isə geniş meydan verilməyib. Həmişə olduğu kimi erməni liderlər öz siyasi konfliktlərini bu dəfə də terrorla həll ediblər.


- Elə bu səbəblər yetər ki, bu rəhimsiz qatil, banda başçısı aradan götürülsün...


-“21-ci əsr bizim əsr olacaq” deyən Vazgen Sarkisyan “arzuladığı” əsrə çata bilməyib. 27 oktyabr 1999-cu ildə Ermənistan parlamentinin binasında terror aktı zamanı Vazgen Sarkisyan qətlə yetirilib. Bu hadisə Ermənistanın siyasi həyatında yeni mərhələnin başlanğıcına səbəb olub və “Qarabağ klanı” ölkədə öz mövqelərini daha da möhkəmləndirib.

Qətlə yetirildikdən sonra Vazgen Sarkisyan Ermənistanın milli qəhrəmanı adı ilə təltif olunub. Ermənistanda, Qarabağın müxtəlif rayonlarında onun adına küçələr verilib, İrəvanda və Şuşada büstü qoyulmuşdu, haqqında film çəkilib, kitablar yazılıb. Ancaq nələr olunsa da, erməni millətçiləri cani “qəhrəmanın” ruhunu şad edə bilməyiblər və edə bilməyəcəklər də. Çünki 21-ci əsr Vazgen Sarkisyanın düşündüyü və arzuladığı əsr olmadı. 21-ci əsrin 20-ci ilində Azərbaycan Ordusu Vazgen Sarkisyanın yaratdığı ordunu darmadağın edildi, 2023-cü ildə isə o ilan yuvasına çevrilmiş Xankəndi ilanlardan təmizləndi, bayraqlarımız, gerbimiz isə ermənilərin heç vaxt əlləri çata bilməyəcəyi yüksəklərə qaldırdı.



- İlham müəllim, ətraflı məlumatlarla dolu maraqlı müsahibəyə görə, siz təşəkkür edirik. Əziz oxucular, məlumat üçün sizə bildirir ki, 1999, 27 oktyabr Ermənistan parlamentində terror hadisə baş verib...Harda doğulmaqlarından, harada yaşamaqlarından asılı olmayaraq xislətcə qaniçən, qatil və terrorçu doğulan ermənilərin hədəfi bu dəfə öz doğma ölkəsi oldu.Qurduqları dövlətin də strategiyası, qayəsi, siyasi xətti terrorçuluq olan ermənilər həmin vaxt Qarabağda meydan sulayırdılar. Bu işğalın sonunun pis qurtaracağını o vaxt siyasi lider Levon-Ter Petrosyan açıq və qapalı şəkillərdə xalqına bəyan etsə də xislətləri imkan vermədi ki, hadisələrə məntiqi yanaşsınlar. Xüsusən Xocalı qatili və 1998-ci ildən 9 aprel 2008-ci ilədək Ermənistana rəhbərlik etmiş Robert Köçəryan bunu qəti rədd edirdi. Amma Levon-Ter Petrosyanın tərəfdarları da az deyildi.

 


 


Robert Köçəryanı bunlar narahat etməyə bilməzdi və elə bir plan hazırlayıb həyata keçirməli idi ki, həm bu mövzu haqqında danışmağa kimsədə cəsarət olmamalıydı, həm də bu fikirə ilıq yanaşan dövlət adamları ortadan qaldırılmalıydı
Nəhayət həmin gün...həmin saat Ermənistan parlamentin hökumət üzvlərinin iştirakı ilə keçirilən növbəti iclası zamanı bir qrup silahlı şəxs zala soxulub. Basqınçılar parlament sədri Karen Demirçyanı, baş nazir Vazgen Sarkisyanı və daha 6 nəfəri - parlament sədrinin müavinləri Anahit Baxşyan və Ruben Miroyan, deputatlar Armenak Armenakyan, Mikayel Kotanyan, Qenrix Abrahamyan və hökumət üzvü Leonard Petrosyanı güllələyərək, qətlə yetiriblər.

Silahlı dəstənin başçısı, keçmiş jurnalist, Daşnaksutyun təşkilatının sabiq üzvü, 34 yaşlı Nairi Hunanyan idi. Şahidlərin dediyinə görə, silahlılar parlamentdə dövlət çevrilişinin baş tutduğunu elan ediblər. Hunanyan o zaman Ermənistanda ən nüfuzlu şəxs hesab edilən baş nazir Vazqen Sarkisyanın üzünə “bəsdir qanımızı içdiyiniz",-deyə qışqırıb.

Sarkisyan isə ona “hər şey sənin və övladlarının gələcəyi üçün edilir",-deyə cavab verib. Bundan sonra Hunanyan atəş açıb.
O zaman parlamentdə olan deputat və hökumət üzvlərini (bəzi məlumatlara görə, jurnalistlərlə birlikdə 91 nəfəri) girov saxlayan silahlı dəstənin xalqa və müxalif partiyalara "ölkənin azadlığı uğrunda mübarizəyə qatılın!" çağırışı cavabsız qalmışdı.


Əntiqə Rəşid