Vəfat edən hərbçimiz dəfn olundu - YENİLƏNİB

Bu gün vəfat edən hərbi qulluqçumuz Tağıyev Bəhri Fərman oğlu Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Xok kəndində dəfn olunub.
Adalet.az xəbər verir ki, B.Tağıyevin dəfn mərasimində onun qulluq etdiyi hərbi hissənin nümayəndələri, rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak edib.
*** 21:40
Azərbaycan Ordusunun hərbi qulluqçusu Tağıyev Bəhri Fərman oğlu səhhətinin qəfil pisləşməsi ilə əlaqədar tibb müəssisəsinə təxliyə edilərkən yolda vəfat edib.
Bu barədə Adalet.az-a Müdafiə Nazirliyindən bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.
Digər Xəbərlər

Buzovnada batma təhlükəsi ilə üzləşən şəxsin xilas edilmə anı - VİDEO

Təmir-tikinti və təmizlik işləri ilə bağlı sürücülərə müraciət

Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı
