Vəkillər Kollegiyasının nümayəndə heyəti Türkiyə məhkəmə hakimiyyətinin rəhbər şəxsləri ilə görüşüb
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyə Barolar Birliyinin dəvəti ilə bu ölkədə rəsmi səfərdədir.
Səfər çərçivəsində nümayəndə heyəti Türkiyənin Danıştay (Ali-İnzibati Məhkəmə) başqanı Zeki Yiğit, Konstitusiya Məhkəməsinin sədri Zühtü Arslan və Türkiyə Ali Məhkəməsinin sədri Mehmet Akarca ilə görüşlər keçirib.
Görüşlər zamanı hər iki ölkənin məhkəmə-hüquq və vəkillik sahəsindəki təcrübəsi, aparılan islahatlar müzakirə olunub.
Keçirilən görüşlərdə Türkiyə və Azərbaycan vəkilləri arasında əməkdaşlığın gücləndirilməsi barədə təkliflər də səsləndirilib. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov Azərbaycan və Türkiyə vəkilləri və hüquqşünasları arasında vahid platformanın yaradılması təklifi ilə çıxış edib. Bu platformanın hər iki ölkə üçün mühüm əhəmiyyət kəsb edən problemlərin həlli istiqamətində faydalı olacağına əminliyini bildirib.
Sədr, həmçinin Türk Dövlətləri Təşkilatı vasitəsilə türkdilli dövlətlər arasında hüquq sahəsində əməkdaşlğın gücləndirilməsi ilə bağlı da təkliflər irəli sürüb. Bundan başqa, türk dünyasının ilk hüquqşünas və ilk vəkil qadını olan Sürəyya Ağaoğlunun yubileyinin Şuşa şəhərində qeyd etmək barədə niyyətini də dilə gətirib.
A.Bağırov, eyni zamanda 2023-cü il – “Heydər Əliyev ili” əlaqədar olaraq Azərbaycanda müstəqil vəkilliyin yaranmasında ulu öndərin rolu ilə bağlı bütün türk dövlətlərindən olan vəkillərin iştirakı ilə xüsusi konfrans keçirmək arzusunda olduqlarını bildirib.
Vəkillər Kollegiyası sədrinin təklifləri Türkiyənin məhkəmə hakimiyyəti orqanlarının rəhbər şəxsləri tərəfindən maraqla qarşılanıb. Qeyd olunan məsələlərin Türkiyə-Azərbaycan, eləcə də türkdilli ölkələr arasında hüquq sahəsində əməkdaşlığın inkişafına töhfə verəcəyi vurğulanıb.
Digər Xəbərlər
03 Avqust 2026 12:54
Azərbaycanda vəzifəli şəxslər həbs edildi
31 Iyul 2026 15:22
"Məni hədələyirdilər" - "Arzum 999" məhkəmədə diqqətçəkən açıqlamalar verdi
30 Iyul 2026 19:28
Axtarışda olan şəxs Azərbaycana ekstradisiya olunur
29 Iyul 2026 17:29
Bakıda SSRİ bayrağı ilə yürüşə cəhd edənlərin cəzası bəlli oldu
28 Iyul 2026 19:36
Arayikgilin apellyasiya məhkəməsində çıxışlar başa çatdı - FOTOLAR
28 Iyul 2026 14:48
"İdrak" liseyində müəllimə atəş açan şagirdin atasına hökm oxundu
27 Iyul 2026 18:35
Ermənistan vətəndaşlarının məhkəməsi prokurorların çıxışları ilə davam etdirilib - FOTOLAR
27 Iyul 2026 17:39


Bakı -°C

