“Verona” baş məşqçi ilə yollarını ayırdı
İtaliya A Seriyasında çıxış edən "Verona" klubu baş məşqçisi ilə yollarını ayırıb.
Adalet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın çalışdırıcısı Paolo Zanetti tutduğu vəzifədən azad edilib.
Rəhbərlik 2024-cü ilin yayından komandanı çalışdıran 43 yaşlı mütəxəssislə müqaviləyə xitam verib. Bu qərara səbəb olaraq "Verona"nın son turda "Kalyari"yə 0:4 hesabı ilə məğlub olması göstərilib.
Qeyd edək ki, komanda son 8 oyunda cəmi 2 dəfə məğlubiyyətdən qaça bilib. Bundan başqa, klub 23 turdan sonra cəmi 14 xalla turnir cədvəlinin sonuncu, 20-ci pilləsində qərarlaşıb.
Digər Xəbərlər
03 Aprel 2026 12:45
"Ən böyük arzum odur ki, Azərbaycan millisi dünya çempionatının finalına çıxsın" - AFFA prezidenti
03 Aprel 2026 12:15
AQTA idman qidalarının istehlakı ilə bağlı xəbərdarlıq edir
03 Aprel 2026 12:08
İnzibati işçilərə ən çox maaş ödəyən Azərbaycan klubu
03 Aprel 2026 12:01


Bakı -°C

