Vətən müharibəsinin 68 iştirakçısı və iki şəhid ailəsi üzvü polisə qəbul edilib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və vətəndaşların bölgələrdə qəbulu cədvəlinə uyğun olaraq, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov bu gün Gəncə Şəhər Baş Polis İdarəsində növbəti qəbul keçirib.
Bu barədə Adalet.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən xəbər verilib.
Məlumata görə, nazir əvvəlcə Gəncə şəhərində Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib, önünə gül dəstəsi qoyub.
Sonra Şəhər Baş Polis İdarəsinin inzibati binasında Gəncə, Göygöl, Samux, Kəlbəcər, Daşkəsən, Ağstafa, Tovuz, Gədəbəy, Qazax və Şəmkir şəhər və rayonlarından qəbula gələn vətəndaşların müraciətlərini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib.
Müraciətlərin əksəriyyəti yerindəcə həllini tapıb.
Qəbula gələn vətəndaşlar onlara göstərilən diqqət və qayğıya, dövlət qurumlarının rəhbərləri tərəfindən ərizə və müraciətlərinə operativ yanaşılmasına görə ölkə Prezidentinə minnətdarlıq ediblər.
Daha sonra general-polkovnik V.Eyvazov bölgə üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.
Sıra baxışında ətraf rayonlarda yaşayan, polis orqanlarında xidmət etmək arzusunda olan gənclər iştirak edib. Xidmətə qəbulun şərtlərinə uyğun gələn 394 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 68-i Vətən müharibəsi iştirakçısı, 2-si isə şəhid ailələrinin üzvləri olublar.
Sonda daxili işlər naziri, general-polkovnik V.Eyvazov qeyd olunan rayonların polis rəislərinə ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə daha effektiv tədbirlərin tətbiqi, vətəndaşların müraciətlərinə operativ və obyektiv baxılmasına dair tapşırıqlarını verib.
Digər Xəbərlər
03 Noyabr 2025 20:08
ETİHİ bölgələrdə görüşlərini davam etdirir - FOTOLAR
03 Noyabr 2025 17:47
Bu qurumların işçilərinə əlavə ödənişin verilməsi qaydalarında dəyişiklik edildi
03 Noyabr 2025 17:04
Azərbaycanda əsgərlərə maaşları kartla verilir
03 Noyabr 2025 15:18
Azad edilmiş ərazilərdə ötən ay 770 mina aşkarlanıb
03 Noyabr 2025 14:23
"Azərbaycanlıların indiki Ermənistana qayıtması ..." - Dövlət başçısı
03 Noyabr 2025 14:21
Ali Baş Komandan Bakıda keçiriləcək paraddan danışdı
03 Noyabr 2025 14:12
Pəncəli Teymurova Milli Qəhrəman adı veriləcək? – Qardaşı danışdı
03 Noyabr 2025 13:50


Bakı -°C

