Vətən savaşının igidləri: 20 məktəb direktoru, 32 müavin, 671 müəllim, 20 şəhid!
Oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günüdür. Bu əlamətdar gün UNESCO-nun qərarı ilə 1966-cı ildən qeyd edilir. Müstəqil Azərbaycan Respublikasında Beynəlxalq Müəllimlər Günü 1993-cü ildən qeyd edilir.
Adalet.az xəbər verir ki, Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində 20 məktəb direktoru, 32 direktor müavini, 671 müəllim düşmənə qarşı vuruşaraq qəhrəmanlıqlar göstərib. Bu müharibədə 20 təhsil işçisi döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
44 günlük Vətən müharibəsi bitdikdən sonra – dekabr ayında Prezident İlham Əliyevin imzaladığı sərəncamla şəhid müəllimlər təltif edildi.
Onlardan 19 nəfəri “Vətən uğrunda”, 7 nəfəri “Şuşanın azad olunmasına görə”, 3 nəfəri “Füzulinin azad olunmasına görə”, 2 nəfəri “Xocavəndin azad olunmasına görə”, 4 nəfəri “Cəsur döyüşçü”, 5 nəfəri “Qubadlının azad olunmasına görə”, 4 nəfəri “Döyüşdə fərqlənməyə görə”, 5 nəfəri “Cəbrayılın azad olunmasına görə”, 1 nəfəri “İgidliyə görə”, 1 nəfəri “Hərbi xidmətlərə görə”, 2 nəfəri isə “Laçının azad olunmasına görə” medalları ilə təltif ediliblər.
Şəhid müəllimləri ehtiramla anırıq! Onların simasında bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik!
Əntiqə Rəşid
Digər Xəbərlər
22 Sentyabr 2026 20:04
Paytaxtdakı ali təhsil müəssisələri distant təhsilə keçir - RƏSMİ
22 Sentyabr 2026 17:58
Məsud Əfəndiyev Lənkəran Dövlət Universitetində seminar keçirib
22 Sentyabr 2026 17:18
Toğrul Xəlilov direktor təyin edildi
21 Sentyabr 2026 13:08
Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR
21 Sentyabr 2026 07:14
Tələbələri təhdid edən şəxs yenidən universitetə bərpa olunacaq?
18 Sentyabr 2026 15:37
Azərbaycan Universitetində Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir
18 Sentyabr 2026 10:24
Lənkəran Dövlət Universiteti və Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi birgə kadr hazırlığına başladı
16 Sentyabr 2026 17:50


Bakı -°C

