Videomüşahidə kameraları tərəfindən ötən il 2546 yol-nəqliyyat hadisəsi qeydə alınıb
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin paytaxt yollarında quraşdırılmış videomüşahidə kameralarının əhatə dairəsində ötən il ərzində 2546 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bu barədə Adalet.aza mərkəzdən məlumat verilib.
Bildirilib ki, yüksək sürət, svetoforun qadağanedici işarəsində hərəkət etmə, ara məsafəsinin gözlənilməməsi, yol nişanlarının tələbinin pozulması və sürücü diqqətsizliyi əsas səbəblərdir. Hadisələr daha çox avtomobillərin intensiv hərəkət etdiyi mərkəzi küçə və prospektlərdə, Ziya Bünyadov, Heydər Əliyev, Babək, 8 Noyabr, Tbilisi prospektlərində, Bakı-Sumqayıt, Aeroport, Sabunçu-Zabrat şoselərində və digər yollarda baş verib.
İl ərzində 1889 texniki nasaz nəqliyyat vasitəsinin yolda qalması nəqliyyat sıxlığının yaranmasına səbəb olub. Həm qəzalarla, həm də nasaz avtomobillərlə bağlı NİİM və Bakı şəhər DYPİ-nin əməkdaşları tərəfindən dərhal tədbirlər görülüb.
Bakıda nəqliyyat axınının intensivliyini təmin etmək məqsədilə 60 küçə və prospekt üzrə svetoforlara 73 min 717 dəfə "yaşıl dalğa" rejimi tətbiq edilib.
Məlumat-sürət portalları vasitəsilə yollarda sıxlıq, təmir işləri, hava şəraiti və qəza halları ilə əlaqədar sürücülər məlumatlandırılıb və təhlükəsizliyi təmin etmək üçün sürət hədləri 63 dəfə endirilib.
Digər Xəbərlər
28 Yanvar 2026 11:16
Reklamda uşağın görüntüsündən bu halda istifadə edilə biləcək
28 Yanvar 2026 11:07
Mehdiabaddan "28 May"a tramvay xətti çəkiləcək
28 Yanvar 2026 11:00
Uşağa ad qoymaqla bağlı yeni qayda
27 Yanvar 2026 14:19
Arpaçay su anbarının səthi dondu - FOTOLAR
27 Yanvar 2026 13:02
Qurudulmuş yemiş və halvalarda uyğunsuzluq aşkarlandı - FOTO
27 Yanvar 2026 12:37
Sabah Bakıya yağış, rayonlara qar yağacaq
27 Yanvar 2026 12:21
Azad olunmuş ərazilərdə 9.153 ünvan təyin edildi
27 Yanvar 2026 12:01


Bakı -°C

