adalet.az header logo
  • Bakı -°C
28 Yanvar 2026 11:07
72
MƏMLƏKƏT
A- A+

Mehdiabaddan "28 May"a tramvay xətti çəkiləcək

Mehdiabad qəsəbəsindən "28 May" metro stansiyasına tramvayın tətbiqi ilə bağlı layihələndirmə işləri həyata keçirilir.

Adalet.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev deyib.

Onun sözlərinə görə, tramvay xəttinin bərpası ilə əlaqədar işlər görülüb: "Artıq Mehdiabad qəsəbəsindən metronun "28 May" stansiyasına tramvayın tətbiqi ilə bağlı ilkin texniki-iqtisadi əsaslandırma sənədi hazırdır, layihələndirmə üzrə işlər həyata keçirilir. Tramvay xəttinin keçəcəyini nəzərə alaraq, marşrut üzrə "Sea Breeze" daxilində yolun en kəsiyinin forması da razılaşdırılıb".