adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
29 Aprel 2024 15:20
494
GÜNDƏM

Voskanyan istefa təkifi: Bizə hakimiyyət dəyişikliyi, bacarıqlı və milli lider lazımdır"

"Ermənistana hakimiyyət dəyişikliyi lazımdır, bizə bacarıqlı, uzaqgörən, milli liderlər lazımdır".

Adalet.az xəbər verir ki, bunu aprelin 29-da keçirilən müzakirədə Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan bildirib.

Onun sözlərinə görə, hakimiyyət dəyişikliyi halında Ermənistanın təhlükəsizliyini təmin etmək üçün imkanlar yaradacaq. “Cəmiyyətin qütbləşməsinə son qoymaq da vacibdir. Ermənistan polis dövlətinə çevrilmək ərəfəsindədir”, - Vardan Oskanyan bildirib.

 Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyana qarşı müxalifət liderlərinin və keçmiş məmurların ittihamları artmaqdadır. Bəziləri onu devirməyə çağırış edir, bəziləri isə onu könüllü şəkildə istefaya getməyi tələb edirlər. Hətta ötən il keçmiş xarici işlər naziri Vardan Oskanyan feysbuk səhifəsində yazmışdı ki, Paşinyanın minimum diplomatik bacarığı yoxdur:

"Vicdan rahatlığına aparan birbaşa və ən qısa yol könüllü istefadır. 2018-ci ilin aprelindən sonra Ermənistanda və onun ətrafında baş verənlər ölkənin birinci şəxsinin, ali baş komandanın və xarici siyasətə cavabdeh olan yeganə şəxsin uğursuzluğunun nəticəsidir. Həqiqətən də Paşinyanın minimum diplomatik bacarığı olsaydı, biz müharibədən qaça bilərdik”.

 Əntiqə Rəşid