V.Putin: "SSRİ-ni bərpa etmək mümkün deyil..."
ADAMA DEYƏRLƏR BƏS ONDA ON İLLƏRDİ RAMİZ MEHDİYEVİ NİYƏ "BƏSLƏYİRDİNİZ?"
Hindistanın "İndia Today" telekanalına müsahibə verən Rusiya Federasiyasının prezidenti Vladimir Putin bəyan edib ki, "SSRİ-ni bərpa etmək istisna edilir və bunun heç əhəmiyyətidə yoxdur."
Rusiya prezidenti illər əvvəl Krımında işğal ediləcəyini "absurd", "axmaq düşüncə" adlandırmışdı... Rusiyanın heç vaxt Ukraynaya hücum etməyəcəyini də, yüksək tribunadan bəyan etmişdi... Bəs sonra nə oldu?
Adama sual verərlər ki, bəs onda Azərbaycanda Ramiz Mehdiyevin başçılığı ilə, on illərdi agentura şəbəkəsi yaratmaqda, Rusiya xüsusi xidmət orqanlarınızın uzun müddət hakimiyyət orqanlarında yüksək vəzifə tutmuş Mehdiyevin vasitəsiylə, jurnalist və s. adlarla Azərbaycanda agent şəbəkələri "bəsləməkdə" məqsədiniz nə idi?
Bu azmış kimi, özünü siyasət meydanında "barışmaz müxalifət" kimi sırımaq istəyən AXC partiyasının rəhbəri Əli Kərimli və onun yaxın ətrafınında toplaşanları "Mehdiyev çetesinə" calamaqla dövlət çevrilişi etmək cəhdləriniz nə ilə bağlıydı?
Moskvada, xüsusi xidmət orqanlarınızın tapşıtığı ilə, Ramiz Mehdiyevin yaxın dostu, Azərbaycan Respublikası baş nazirinin keçmiş müavini Abbas Abbasovun rəhbərliyi ilə yaratdığınız "Milyaderlər ittifaqı" suveren bir dövlətin Prezidentini devirmək və uzun illər FTX-nın "inqubatorunda" yetişdirdiyiniz rusbaş Rüstəm İbrahimbəyovu hakimiyyətə gətirməklə, özünüzə "for-post" etmək niyyətiniz nə ilə bağlı idi?
Bir məsələni ya anlamırdınız, ya da heç saya salmaq istəmirdiniz ki, Respublikamıza qarşı on illərdi apardığınız bütün təxribat hətəkətləri, eyni zamanda bir çox hallarda İranın ölkəmizdə dini adlar altında qurduğu agentura şəbəkələri, Azərbaycan Respublikasının xüsusi xidmət orqanları və hüquq mühafizə orqanları tətəfinfən daim izlənilirdi və nəzarət altında saxlanılırdı.
Sadəcə olaraq, dövlətimizin siyasi mənafeyi baxımından bəzi dövləti xəyanətlərin zamanında üstü açılıb, agentura şəbəkələri üzvləri dövlətə qarşı törətdikləri cinayət əmməllərinə görə layiqli cəzalarını alıblar. Bəzi xəyanət şəbəkələrinin isə, ifşa olunması vaxtını- zamanını gözləyirdi.
Görünən odur ki, Mehtiyevin "xəyanət yuvasınında" dövlətçiliyimizə qarşı xəyanətdə iştirak edənlərin də, layiq olduqları cəza alma vaxtı- zamanı yetişib.
Hazırda hüquq mühafizə orqanları, vətənə xəyanət etməkdə ittiham olunan "Mehdiyev xəyanət yuvasında" iştirak edən şəxslərin cinayət işi üzrə qanunvericiliyə uyğun olaraq lazımi istintaq əməllərini həyata keçirirlər. "Çetenin" bütün üzvlərinin əməlləri araşdırılır. Həbs olunanlar var və yəqin ki, istintaqın gedişindən asılı olaraq həbs olunanların siyahısı artmaqda davam edəcək...
Rüstəm Hacıyev
Digər Xəbərlər
02 Mart 2026 20:08
Ramazanın 13-cü gününün duası - İmsak və iftar vaxtı
02 Mart 2026 18:46
İrandan Azərbaycana təxliyə olunanların sayı açıqlandı - YENİLƏNİB
02 Mart 2026 18:32
Turizm Agentliyinin kollegiyasının yeni tərkibi
02 Mart 2026 18:30
"BakuBus"da yeni təyinat
02 Mart 2026 18:01
SHXÇDX-nin vahid elektron informasiya sistemi haqqında Əsasnamə təsdiqlənib
02 Mart 2026 17:43
Qarabağ və Şərqi Zəngəzurda məşğulluq proqramları genişləndirilir
02 Mart 2026 17:36
Dövlət Dəniz və Liman Agentliyi üzərliklə bağlı dənizçilərə çağırış etdi
02 Mart 2026 16:54


Bakı -°C

