“WhatsApp” vasitəsilə şübhəli mesajlar göndərilir - DİN-dən xəbərdarlıq
"Son günlər “WhatsApp” tətbiqində və ya sosial şəbəkələrdə vətəndaşların adına oxşar hesablar yaradılaraq onların yaxınları və tanışları ilə əlaqə saxlanılması, müxtəlif bəhanələrlə pul vəsaiti istənilməsi halları müşahidə olunur".
Adalet.az xəbər verir ki, bu barədə DİN-in vətəndaşlara müraciətində deyilir.
Qeyd olunub ki, belə hallarda kiberdələduzlar tanış şəxsin adından, fotoşəklindən və digər məlumatlarından istifadə edərək saxta hesab yaradır, yaxınlarına yazaraq təcili pul göndərilməsini xahiş edirlər:
"Vətəndaşlara müraciət edərək bu cür mesajlara qarşı diqqətli olmağa, tanıdıqları şəxsin adından göndərilən, xüsusilə də pul vəsaiti tələb olunan şübhəli müraciətlərə dərhal inanmamağa çağırırıq.
Sizə tanıdığınız şəxsin adından pul göndərilməsi barədə mesaj daxil olarsa, ilk növbədə həmin şəxslə digər vasitə ilə əlaqə saxlayaraq məlumatın həqiqiliyini dəqiqləşdirin.
Şəxsin profil fotosunun və adının tanış olması hesabın məhz həmin şəxsə məxsus olduğunu təsdiq etmir.
Şübhəli hesab və mesajlarla qarşılaşdıqda pul vəsaiti göndərməyin, şəxsi və bank məlumatlarınızı paylaşmayın, şübhəli keçidlərə daxil olmayın".
Vurğulanıb ki, kiberdələduzluqla qarşılaşdıqda dərhal DİN-in “102” Xidməti-Zəng Mərkəzinə və ya Nazirliyin rəsmi sosial şəbəkə hesablarına müraciət edilməlidir.
Digər Xəbərlər
22 Sentyabr 2026 23:11
İrandakı səfirliyimizdən ölkəyə qayıtmaq istəyənlərə - Bildiriş
22 Sentyabr 2026 22:15
İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırıldı - YENİLƏNİB
22 Sentyabr 2026 20:43
Bugünkü müşavirədən nələr yadda qaldı? - Ən vacib nüanslar - FOTOLAR
22 Sentyabr 2026 19:23
Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə təliminin açılışı oldu - VİDEO
22 Sentyabr 2026 17:50
"İçərişəhər"də yeni qatarların sayı niyə azdır?
22 Sentyabr 2026 17:42
Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır
22 Sentyabr 2026 17:38
Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir
22 Sentyabr 2026 17:24


Bakı -°C

