WUF 13 çərçivəsində “Şəhərətrafı ərazilərdə iqlimədavamlı kənd təsərrüfatı” mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan Kənd Qadınları Assosiasiyası İctimai Birliyi dayanıqlı urban kənd təsərrüfatı, innovasiya və iqlimədavamlılıq məsələlərini beynəlxalq platformada müzakirəyə çıxarıb.
Azərbaycan Kənd Qadınları Assosiasiyası İctimai Birliyi tərəfindən Dünya Şəhər Forumunun — WUF 13 platforması çərçivəsində QHT-lərə Dövlət Dəstəyi Agentliyinin povilyonunda “Şəhərətrafı ərazilərdə iqlimədavamlı kənd təsərrüfatı” mövzusunda panel sessiya təşkil olunub. Tədbirdə iqlim dəyişikliklərinin şəhərətrafı kənd təsərrüfatına təsiri, dayanıqlı və innovativ yanaşmalar, qadınların və gənclərin aqrar sektorda rolu, eləcə də urban ərazilərdə kənd təsərrüfatının gələcək inkişaf perspektivləri müzakirə edilib.
Panel sessiyanın əsas məqsədi şəhərətrafı ərazilərdə kənd təsərrüfatının iqlim çağırışlarına uyğunlaşdırılması, innovativ həllərin təşviqi və yerli icmaların davamlı inkişaf mexanizmlərinin gücləndirilməsi istiqamətində təcrübə və baxışların paylaşılması olub.
Sessiyanın moderatoru Azərbaycan Kənd Qadınları Assosiasiyası İctimai Birliyinin nümayəndəsi olub. Paneldə müxtəlif sahələri təmsil edən ekspertlər çıxış edərək iqlimədavamlı kənd təsərrüfatının fərqli istiqamətlərinə toxunublar.
Panel iştirakçılarından Ulduzə Xəlilova ağıllı kənd təsərrüfatı yanaşmaları, urban ərazilərdə kənd təsərrüfatının iqlim davamlılığında rəqəmsal göstəricilərin rolu, rəqəmsallaşma və innovativ texnologiyaların şəhərətrafı təsərrüfatlarda tətbiqinin əhəmiyyəti barədə təqdimatla çıxış edib.
Dürrə Hacıyeva şəhər əhalisinin kənd təsərrüfatında məşğulluq imkanları, kolleclərdə tələbələrə aqrar bilik və praktiki bacarıqların ötürülməsi, gənclərin iqlimədavamlı kənd təsərrüfatı mövzusunda maarifləndirilməsi və onların bu sahədə təşəbbüslərə cəlb olunması məsələlərinə diqqət çəkib.
Zemfira Ağayeva urban və şəhərətrafı ərazilərdə kənd təsərrüfatı infrastrukturunun qurulması, dayanıqlı təsərrüfat modellərinin yaradılması və iqlimədavamlılıq aspektlərinin infrastruktura inteqrasiyası haqqında danışıb.
Səadət Dibirova isə şəhərətrafı kənd təsərrüfatı emal müəssisələrinin fəaliyyəti, meyvə bağlarının məhsuldarlığına iqlim dəyişikliklərinin təsiri və bu sahədə uyğunlaşma tədbirlərinin vacibliyini iştirakçıların diqqətinə çatdırıb.
Azərbaycan Kənd Qadınları Assosiasiyası İctimai Birliyi hesab edir ki, şəhərətrafı kənd təsərrüfatının inkişafı yalnız ərzaq təhlükəsizliyinin gücləndirilməsinə deyil, eyni zamanda iqlim dəyişikliklərinə qarşı dayanıqlı icmaların formalaşmasına, qadınların iqtisadi imkanlarının genişlənməsinə və yaşıl iqtisadiyyatın təşviqinə mühüm töhfə verir.
Panel sessiyası çərçivəsində iştirakçılar arasında təcrübə mübadiləsi aparılıb, gələcək əməkdaşlıq imkanları müzakirə olunub və iqlimədavamlı kənd təsərrüfatının təşviqi istiqamətində birgə fəaliyyətlərin əhəmiyyəti vurğulanıb.
Digər Xəbərlər
31 Iyul 2026 12:50
“DSD” İB Xəzər Dəniz Neft Donanmasında dənizçi şəhid ailələri ilə görüş keçirib
31 Iyul 2026 09:00
SUS KƏNDİNƏ QAYIDANLARIN SEVİNCİ
29 Iyul 2026 19:17
Şərqi Zəngəzurda ilk qadın kooperativi fəaliyyətə başladı
24 Iyul 2026 09:00
MEŞƏLƏR YANIRSA…
20 Iyul 2026 10:27
“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi “Dənizçi şəhid ailələri ilə iş” layihənin ilk tədbirini keçirdi
17 Iyul 2026 09:00
ŞÜKÜRBƏYLİ SAKİNLƏRİ DOĞMA YURDA QAYITDI
16 Iyul 2026 10:45
Naxçıvanda ilk "Fermer" İstehsal-İstehlak Qadın Kooperativinin təqdimatı keçirildi
10 Iyul 2026 20:11


Bakı -°C

