WUF13-ə hazırlıq məsələlərinə dair məruzələr dinlənilib
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin martın 4-də növbəti iclası keçirilib.
Adalet.az-ın məlumatına görə, Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev iclası açaraq dövlətin sosial-iqtisadi siyasətində şəhərsalma fəaliyyətinin Azərbaycan Prezidenti tərəfindən əsas strateji hədəflərdən biri kimi müəyyən edildiyini vurğulayıb.
O, 2026-cı ilin Azərbaycanda "Şəhərsalma və Memarlıq İli" elan edilməsinin şəhərsalma sahəsinə verilən əhəmiyyətin növbəti ifadəsi olduğunu bildirib.
Təşkilat Komitəsinin sədri dövlətimizin başçısının rəhbərliyi ilə paytaxt və regionların tarazlı inkişafının təmin edilməsi və dayanıqlı məskunlaşmanın təşviqi istiqamətində həyata keçirilən ardıcıl, məqsədyönlü tədbirlərin ölkənin hərtərəfli inkişafında mühüm rol oynadığını qeyd edib.
Samir Nuriyev Azərbaycanın qlobal şəhərsalma proseslərini diqqət mərkəzində saxlayan bir ölkə olaraq, bu sahədə innovativ yanaşmaları irəli sürdüyünü və onları praktiki müstəvidə uğurla tətbiq etdiyini diqqətə çatdırıb.
Belə ki, öz miqyasına, əhatə dairəsinə və sürətinə görə qlobal səviyyədə nadir nümunələrdən biri olan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq prosesinin bunun ən bariz təzahürü olduğunu söyləyib.
Eyni zamanda bu ilin may ayında Bakıda keçiriləcək və artıq böyük beynəlxalq marağa səbəb olan WUF13-ün Azərbaycanın şəhərsalma sahəsində formalaşdırdığı konseptual yanaşmanın, o cümlədən işğaldan azad edilmiş ərazilərdə tətbiq edilən praktiki təcrübənin beynəlxalq müstəvidə təqdimatı üçün platforma olduğunu qeyd edib.
Daha sonra Təşkilat Komitəsinin üzvlərinin WUF13-ə hazırlıq prosesinin cari vəziyyəti, substantiv məsələlər, kommunikasiya və təşkilati-logistika istiqamətlərində görülmüş işlər, həmçinin gündəlikdə yer alan digər məsələlər barədə məruzələri dinlənilib.
Təşkilat Komitəsinin sədri iclasın yekununda Azərbaycan Prezidenti tərəfindən WUF13-ün yüksək səviyyədə təşkili ilə əlaqədar qarşıya qoyulmuş vəzifələrin həyata keçirilməsindən irəli gələrək, iclas iştirakçılarına bütün işlərin daha keyfiyyətli, vaxtında və kompleks yanaşma təmin edilməklə icrasına dair göstərişlər verib.
Digər Xəbərlər
04 Mart 2026 19:56
Azərbaycan və Britaniya süni intellekt sahəsində əməkdaşlığı müzakirə edib
04 Mart 2026 19:35
Ramazan ayının 15-ci gününün duası - İmsak və iftar vaxtı
04 Mart 2026 18:53
Yaxın Şərqdə qalan Azərbaycan vətəndaşları üçün təxliyə reysi həyata keçirilir
04 Mart 2026 17:33
Nəqliyyat sahəsində yeni dövlət standartları qəbul edildi
04 Mart 2026 17:22
Keçmiş məcburi köçkünlər mina təhlükəsi ilə bağlı maarifləndirildi
04 Mart 2026 17:16
Qatarların hərəkət cədvəlində dəyişiklik edildi
04 Mart 2026 16:01
"Nazirlikdə 64-ü rəhbər vəzifələrdə olmaqla 4134 qadın əməkdaş xidmət edir" - General
04 Mart 2026 15:50


Bakı -°C

