Xalq artisti Arif Babayev Cabir Abdullayevə nə tapşırıb? - Vəsiyyət
Əməkdar artist Cabir Abdullayev Xalq artisti Arif Babayevin vəsiyyətini açıqlayıb.
Adalet.az xəbər verir ki, xanəndə Qaynarinfo-ya açıqlamasında bildirib ki, Arif Babayev bir neçə tələbəsinin gələcəyini ona həvalə edib:
"Hamımızın başı sağ olsun. Ailəsində sənətinin davamçısı yox idi. Bir neçə tələbəsi var ki, onları da mənə tapşırıb. Deyib ki, onlara dəstək ol. Nə qədər canımda can var, həmişə onlara dəstək olub, qabağa çəkməyə çalışacağam"
Xanəndə Arif Babayevi Azərbaycan muğam sənətinin sütunu adlandırıb:
"Tək Qarabağ deyil, bütün Azərbaycanın fəxri idi. Sağ olsun, dövlətimiz də son ana kimi ona dəstək verdi. Heydər Əliyev Fonduna minnətdarlığımı bildirirəm ki, həmişə sənət adamlarının yanındadır. Hazırda qəbiristanlıqdan çıxıb evə gedirəm. Arif müəllim böyük şəxsiyyət idi. Gözəl xanəndə, dost və valideyn... Onun haqqında nə desən, hamısı Arif müəllimə yaraşır, bəlkə də ondan da artığına layiqdir. Heyif ondan... O qədər fikirliyəm ki... Valideynlərimi, qardaşımı itirəndə vəziyyətim necə idisə, bu gün də eyni haldayam. Sanki onları indi dəfn etmişəm. Neçə ildir birlikdə idik, muğamımızın sütununu itirmişik, ağlamayaq neynəyək?! Ən başlıcası, ağsaqqalımız idi. Onun yoxluğuna ürək dözə bilmir, çox çətindir”.
Cabir Abdullayev Arif Babayevin mərhum həmkarı Əlibaba Məmmədovun yanında dəfn olunduğunu xatırladıb.
Qeyd edək ki, Xalq artisti Arif Babayev uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib. Sənətkar 1-ci Fəxri Xiyabanda dəfn olunub.
Digər Xəbərlər
14 Aprel 2026 14:18
Maqsud Məmmədov İkinci Fəxri xiyabanda dəfn olundu
13 Aprel 2026 17:40
Xalq artisti vəfat etdi
13 Aprel 2026 12:22
Aktyor: “Bu, dəhşəti bir şeydir”
10 Aprel 2026 13:32
Bakı Xoreoqrafiya Akademiyası beynəlxalq festivalda ölkəmizi uğurla təmsil edib
09 Aprel 2026 19:29
Litvanın Baş naziri Milli Xalça Muzeyində - FOTOLAR
08 Aprel 2026 17:27
Opera və Balet Teatrında solistlərlə bağlı məsələyə aydınlıq gətirildi
08 Aprel 2026 14:45
Ankarada azərbaycanlı rəssamların sərgisinin açılışı olub
08 Aprel 2026 11:51


Bakı -°C

