Xalq artisti: “Ermənistan bunlara məhəl qoymadı”
Xalq aristi Faiq Ağayev Qarabağda antiterror əməliyyatının keçiriləcəyinin gözlənilən olduğunu qeyd edib.
Adalet.az xəbər verir ki, sənətçi proqramların birində Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinə qarşı aparılan lokal xarakterli antiterror tədbirlərindən danışıb:
“2020-ci ildə Azərbaycan Ordusunun o parlaq qələbəsindən sonra məhz Azərbaycan barışıq yolunu və beş prinsipi təklif etdi. Görürsünüz ki, bu üç il ərzində Ermənistan bunlara məhəl qoymadı. Bu baxımdan antiterror tədbirləri olmalı idi. Mən Azərbaycan ordusu, zabitləri və əsgərləri ilə fəxr edirəm. Ali Baş Komandanımız İlham Əliyev cənablarına bir Azərbaycan vətəndaşı kimi çox minnətdaram. Milli qeyrət hissimizi yenidən partlatdı. Eşq olsun, Azərbaycan ordusuna. Qarabağ Azərbaycandır!".
Əntiqə