Xalq artisti: “Yaxşı ki, tarixin “dayı”sı yoxdur”
Xalq artisti Alim Qasımov “Beynəlxalq Muğam müsabiqəsi”ndə münfislər heyyəti sırasında görünməməyinə aydınlıq gətirib.
Adalet.az xəbər verir ki, sözügedən kürsüyə dəvət olunsa da müsabiqədə münsif olmaq istəmir:
“Dəvət alıram. Amma özüm getmirəm. Mən ora getməməyi öz xasiyyətimlə əlaqələndirirəm. Xasiyyətim tünddür, bildirdiyim irad kiminsə qəlbinə toxuna bilər. Və ya digər münsiflər məndən inciyər. Çox şeylər olur ki, özümü danlayıram. Məndən aslı olmayan şeylər var. Yəni vicdanımın səsini dinləyirəmsə, dürüst olmalıyam. Orda da öz fikirlərimi desəm, həmin uşaqların əmisi, dayısı deyəcək ki, uşağı niyə pərt edirsən?
Həmişə deyirəm ki, yaxşı ki tarixin “dayı”sı yoxdur. Yəni kamil olmayan şeyləri özündə saxlamır, müdafiə etmir. Tapşırıqla idarə olunmur. Ona görə tarix əbədidir. Tarixi var- dövlətlə, rüşvətlə yaratmaq olmur. Yəni bu sənətin də yalnız yaxşılarını tarix özünə çəkir. Hər hansı müsabiqədə qalib olmaq da ola bilər, istənilən medalı almaq da olar. Amma tarixdə qalmaq üçün yalnız və yalnız səs olmalı və sənət olmalıdır”.
Əntiqə
Digər Xəbərlər
08 Yanvar 2026 12:47
Murat Bisembin vəfat etdi
07 Yanvar 2026 13:17
Samir Bağırov: “Sevənlərim mənə dəstək olurlar”
07 Yanvar 2026 13:07
Nazilə: “O, istədiyi adamı quyudan çıxarar”
05 Yanvar 2026 22:03
Namiq Məna qızının ailəsi ilə qəzaya düşməsindən DANIŞDI
05 Yanvar 2026 15:10
Qaşları ilə xəbər başlıqlarına çıxan Alişan yeni bir paylaşım etdi - FOTO
05 Yanvar 2026 13:00
Rahidə Baxışova: “Qadın qadını anlamaq istəmir, nəinki kişi…”
05 Yanvar 2026 12:40
Zeynəb Həsəni: “O mahnıya görə çox utandım”
05 Yanvar 2026 12:34


Bakı -°C

