Xalq, yoxsa millət? - Aqşin Yenisey yazır
Xalq kəlməsi XIX əsrdə ortaya atılıb, təbəə anlayışının əvəzedicisidir. Kim atdı bu kəlməni ortaya? Mərhum filosof Heydər Camala görə, xalq kəlməsini Avropada sağçı sosialistlər, Rusiyada kommunistlər uydurub.
Türk millətçi ideoloqu Nihal Adsız da eyni fikirdədir. İtalyan alim və yazıçısı Umberto Ekonun da bu sözdən xoşu gəlmirdi.
Xalq idarə olunanın adıdır. Millət idarə edəndir. Millət anlayışı siyasi baxımdan təhlükəlidir. Millət məsuliyyət deməkdir, xalq məsuliyyətsiz kütlədir.
Millətin öz müqəddəratını təyin etmək kimi bir məsuliyyəti var. Bu məsuliyyət onu ağı qaradan seçməyə məcbur edir. Millətə alim lazımdır, filosof lazımdır, yazıçı, aktyor, həkim, müəllim lazımdır. Millət buna görə özünün ən yaxşılarının qədrini bilir.
Xalqa öz müqəddəratı ilə maraqlandırmadığına görə, bunların heç biri lazım deyil, xalq allah umuduna yaşayan bir kütlədir. Ona görə də nə alim qədri bilir, nə filosof.
Millət rasional mənşəlidir, həyata ağıl, hüquq, məntiqlə yanaşır. Xalq irrasional mənşəlidir, ağılın yerinə inancı, hüququn yerinə ənənəni, məntiqin yerinə mövhumatı qoyur.
Qərb və Şərq cəmiyyətlərini ayıran uçrumun səbəbi də budur: Qərbdə yaşayanlar millətdir, Şərqdə yaşayanlar xalq.
Biz yenilənmək, inkişaf etmək istəyiriksə, ilk növbədə, bolşevik mirası olan bu xalqçılıqla vidalaşmalıyıq. Bu vidalaşma çox çətin olacaq. Çünki bizdə elm və təhsil, sənət və ədəbiyyat, hətta iqtisadiyyat belə bu xalq kəlməsinin üzərində qurulub.
Xalq kəlməsini qəfildən dartsaq bütün ölkə üstümüzə uçacaq. Uçmalıdı da! Uçub-dağılmalıdır ki, biz özümüzdə yenisini yaratmaq məsuliyyəti və ehtiyacı duyaq.
Bu məsuliyyət və ehtiyac olmasa, Azərbaycan qiyamətəcən hər gün ölüb-dirilən eyni adamların ölkəsi olacaq.
Digər Xəbərlər
24 Iyul 2026 14:08
“Vaqif Poeziya Günləri”nin keçirilməsi nadir sənət və mədəniyyət hadisəsidir"
24 Iyul 2026 13:48
İsmayıl Qarayevə həsr olunan “Ədəbiyyat Günləri” - GORANBOYDA
23 Iyul 2026 18:37
Açıq-aşkar biabırçılıqdır – SEYMUR BAYCAN yazır
23 Iyul 2026 18:02
ELMİN VƏ ƏDƏBİ FƏALİYYƏTİN QOVŞAĞINDA
22 Iyul 2026 13:30
Könüllülər Ədəbiyyat Muzeyinin Aran filialında oldular
22 Iyul 2026 13:11
Onun ölümündən sonra Tofiq Bakını tərk etdi - Anar
22 Iyul 2026 09:57
QƏLƏMİN İŞIĞI, HƏQİQƏTİN SƏSİ – AZƏRBAYCAN MİLLİ MƏTBUATININ ŞƏRƏFLİ YOLU
22 Iyul 2026 09:29


Bakı -°C

