Xankəndi-Ağdam yolu niyə bağlıdır? – RƏSMİ
Xankəndi-Ağdam yoluna hər iki istiqamətində beton pilitələr qoyulub. Yolun bəzi hallarda müvəqqəti açıldığı, sonradan yenə bağlanıldığı qeyd olunur. Belə olan halda Ağdamdan Xankəndi və əksinə hərəkət edən şəxslər yararsız yoldan istifadə etmək məcburiyyətində qalırlar.
Adalet.az xəbər verir ki, məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Teleqraf-a açıqlama verib.
O qeyd edib ki, Xankəndi-Ağdam asfalt yolu hələ sürücülərin istifadəsinə verilmə bilməz.
Qurumun sözçüsünün sözlərinə görə, yolda işlər hələ davam edir, nişanlar quraşdırılmayıb, yol xətləri çəkilməyib:
“Bu işlər icra olunmamış yol açıla bilməz. İnsanlar daha qısa yolla mənzil başına çatmaq istəyirlər, amma orada təhlükəsizlik tədbirləri görülməlidir. Əyri xəttin dəmir tilləri, yol kənarında, yol ayrıcında yol nişanlarının quraşdırılması, üfüqi nişanlama xətlərinin çəkilməsi yəni, bu proses tam yekunlaşandan sonra sürücülərin istifadəsinə verilməsi mümkündür. Təhlükəsizlik tədbirləri görülmədən orada necə gəldi yolu açıb istifadəyə vermək düzgün və mümkün deyil”.
O əlavə edib ki, ərazidə işlər yekunlaşmadığı üçün texnikalar da fəaliyyət göstərir və yol açıq olsa belə, texnikaların hərəkəti təhlükəsizlik baxımından düzgün deyil.
Digər Xəbərlər
24 Yanvar 2026 14:01
Bazar gününə olan hava proqnozu
23 Yanvar 2026 17:15
Ağcabədi heyvan bazarının fəaliyyətinə icazə verildi
23 Yanvar 2026 11:49
Azərbaycanda sürüşmə zonaları aktivləşə bilər
23 Yanvar 2026 11:16
Suriyadan gətirilən ailə sosial xidmət müəssisəsinə yerləşdirildi
23 Yanvar 2026 11:08
Bəzi ərazilərdə velosiped zolaqları ləğv edilsin - TƏKLİF
22 Yanvar 2026 11:54
Güclü qarın yaratdığı fəsadlar aradan qaldırılıb - VİDEO
22 Yanvar 2026 11:26
“Heç kəs ölkədə həmrəy olan cəmiyyəti dağılmış cəmiyyətə çevirə bilməz...”
22 Yanvar 2026 10:48


Bakı -°C

