Xankəndidəki partlayışda yaralananların sayı açıqlandı - YENİLƏNİB
Xankəndidə baş vermiş partlayış nəticəsində 200-dən çox insan yaralanıb.
Adalet.az xəbər verir ki, bu barədə Ermənistanın İctimai Televiziyası xəbər yayıb.
Onların əksəriyyətinin vəziyyəti ağır və ya son dərəcə ağırdır.
*** 21:15
Rusiya sülhməramlı kontingentinin həkimləri Xankəndidə yanacaqdoldurma məntəqəsinin partlaması nəticəsində xəsarət alan Azərbaycanın Qarabağ bölgəsinin sakinlərinə yardım göstərir.
Adalet.az xəbər verir ki, bu barədə sülhməramlıların teleqram kanalı məlumat yayıb.
Ən ağır yaralılar xüsusi təyinatlı tibb bölməsinə təxliyə ediliblər.
Xatırladaq ki, Xankəndi-Əsgəran avtomobil yolunda yerləşən yanacaqdoldurma məntəqəsində partlayış baş verib. İlkin məlumatlara görə, yanacaq çəni partlayıb. Güclü partlayış nəticəsində ölən və yaralananlar var.
***
Xankəndi yaxınlığındakı yanacaqdoldurma məntəqələrndən birində güclü partlayış olub.
Sosial şəbəkələrdə yayılan məlumata görə, təxminən 10 tonluq yanacaq çəni partlayıb.
Bildirilir ki, bu çənin yaxınlığında çox sayda insan olub.
Hadisə şahidlərinin sözlərinə görə, hazırda təcili yardım heyətləri yaralılara kömək edir. Zərərçəkənlərin sayının yüzdən artıq ola biləcəyi deyilir.
Digər Xəbərlər
25 Dekabr 2025 19:00
AZAL təyyarəsinə döyüş başlığının elementləri dəyib - HESABAT
25 Dekabr 2025 18:23
Yollar buz BAĞLAYACAQ
25 Dekabr 2025 16:16
Azərbaycanda 5 mindən çox zəlzələ olub
25 Dekabr 2025 15:29
Oqtay Əsədovun qızı vəfat edti
25 Dekabr 2025 14:20
3 nəfərin öldüyü avtobus qanunsuz işləyirmiş - RƏSMİ AÇIQLAMA + YENİLƏNİB
25 Dekabr 2025 13:18
Təyyarə qəzası süni intellektlə anbaan canlandırıldı - VİDEO
25 Dekabr 2025 09:20
Təyyarəmizin qəzaya uğramasından bir il ötdü
24 Dekabr 2025 16:46


Bakı -°C

