29 Sentyabr 2022 12:07
323
GÜNDƏM

Xankəndiyə  27 km yol çəkdirən “Hayastan” Ümumerməni Fondu aktivləşib

Ermənistanın Baş Naziri Nikol Paşinyan hələ 2020-ci ilin əvvəlində “Hayastan” Ümumerməni Fondunun dövlət büdcəsinə köçürülən vəsaitləri ilə bağlı açıqlama vermişdi. O bildirmişdi ki, hökumət hərbi vəziyyətlə bağlı xərclərlə əlaqdar təxminən 120 milyard dram ayırıb:” Bu məbləğin 52 milyard dramı fond tərəfindən köçürülüb”


Baş nazir həm də qeyd etmişdi ki, 1992-ci ildən 2020-ci ilin sentyabrına qədər “Hayastan” Ümumerməni Fondu vasitəsi ilə 247 milyon dollar toplanıb:“Yəni, son 28 ildə Ermənistanın və Qarabağda layihələrin həyata keçirilməsi üçün 247 milyon dollar toplanıb. 44 günlük müharibə zamanı 212 milyon dollar toplandı. Başqa sözlə, 28 il ərzində toplanan pulun 70%-dən çox həcmində vəsait 44 gündə toplanıb”, - deyə vurğulamişdı.


Qarabağ iqtisadi rayonunun bir hissəsində Rusiyanın sülhməramlı sayılan hərbi kontingentinin himayəsində bəslənən separatçı-terrorçu rejim Azərbaycan Respublikasının Tərtər rayonunun Ağdərə şəhərindən Xankəndiyədək məsafəni qısaltmaq üçün 27 kilometrlik yeni Ağdərə-Canyataq avtomobil yolunun tikintisini başa çatdırır. Ermənilər bu yola Xankəndi - Ağdərə (Stepanakert- Mardakert) yolu deyir.

Adalet.az Qarabağda yerləşən separatçı qurumun yaydığı məlumata istinadən xəbər verir ki, Hayastan Ümumerməni Fondu tərəfindən maliyyələşdirilən layihə hazırda guya Qarabağda ən böyük yol tikintisi layihəsidir.
Məlumatda deyilir ki, Xankəndi – Ağdərə və geriyə yeni yol hissəsində gediş-gəlişin daha rahat olacağını nəzərə alsaq, 27 kilometrlik magistral əhəmiyyətli olacaq.


Qeyd edək ki, 44 günlük müharibədən sonrakı dövrdə -2021-ci ilin ilk günündən “Hayastan” Ümumerməni Fondu Los-Ancelesdə növbəti telemarafon keçirib və bu dəfə 12 milyon 351 min dollar ianə tolayıb.

Məlumata görə, telemarafonda tonlanan vəsait tibbi, sosial və mədəni tədbirlərə, habelə Ermənistanda sərhədyanı rayonların infrastrukturunun inkişafına sərf olunacaq.

Marafonun gedişində ABŞ-dakı ermənilər 7 milyon 861 min dollar, Fransadan 3 milyon 990 min dollar, Kanadadan isə 500 min dollar vəsait toplanıb.

P.S. Deməli bu fond 2006-cı ildə Qarabağda bir neçə su anbarı və yarımstansiya tikmişdi.  Eyni zamanda Kəlbəcər Laçın arası yolu da təmir etmişdi. Gözlərinə girsin düz-əməlli yol da çəkməmişdilər. Özümüz təzədən bir də yeniləməli olduq. Hayastan Ümumerməni Fonduna bildirmək lazımdır ki, yol çəkirsiniz çəkin, amma adam balası kimi keyfiyyətli yol çəkin... Elə yol olsun ki, təzədən biz xərc çəkməyək!

Əntiqə Rəşid
.