Xaricdən gətirilən heyvanların daşınmasında yeni yanaşma - VİDEO
Ölkəmizdə heyvan sağlamlığının qorunması, bioloji təhlükəsizliyin gücləndirilməsi və yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə xaricdən idxal olunan xırda və iribuynuzlu heyvanların beynəlxalq standartlara cavab verən ixtisaslaşmış nəqliyyat vasitələri ilə daşınmasına keçid təşviq edilir.
Adalet.az xəbər verir ki, mövzu ilə bağlı yaranan suallara AQTA-nın şöbə müdiri Qalib Əbdüləliyev aydınlıq gətirib. O bildirib ki, ixtisaslaşmış nəqliyyat vasitələri heyvanların daşınması zamanı tələb olunan zoogigiyenik və baytarlıq normalarının təmin edilməsinə imkan verir. Bu nəqliyyat vasitələri tam dezinfeksiya oluna bilir, heyvanların yem və su ilə təmin edilməsinə, effektiv ventilyasiya sisteminin işləməsinə, eləcə də onların növünə və canlı çəkisinə uyğun sahə normalarına riayət olunmasına şərait yaradır.
Şöbə müdirinin sözlərinə görə, uyğunlaşdırılmış və ya qeyri-ixtisaslaşmış nəqliyyat vasitələrində tam dezinfeksiyanın aparılması mümkün olmur. Bu isə əvvəl daşınmış heyvanlardan qalan xəstəlik törədicilərinin növbəti heyvanlara keçməsi riskini artırır. Eyni zamanda, belə nəqliyyat vasitələrində zəruri şəraitin təmin olunması çətin olduğundan heyvanlarda stres yaranır, immunitet zəifləyir və müxtəlif xəstəliklərə həssaslıq artır.
Q. Əbdüləliyev qeyd edib ki, bu tələblər daşınma zamanı heyvanlarda yaranan stresin azaldılmasına, onların rifahının qorunmasına və xəstəlik riskinin minimuma endirilməsinə xidmət edir.
Onun sözlərinə görə, Avropa İttifaqı ölkələrindən Azərbaycana gətirilən heyvanlar artıq bu cür ixtisaslaşmış nəqliyyat vasitələri ilə daşınır. Məqsəd Rusiya və Gürcüstandan idxal olunan heyvanların da həmin standartlara uyğun şəkildə daşınmasını təmin etməkdir.
Respublikanın baş dövlət baytarlıq müfəttişi bu sahədə fəaliyyət göstərən sahibkarlara cari ilin sonunadək yeni tələblərə uyğun hazırlıq işlərini başa çatdırmağı tövsiyə edib və bildirib ki, növbəti ildən etibarən ölkəyə idxal olunan heyvanların yalnız beynəlxalq standartlara cavab verən ixtisaslaşmış nəqliyyat vasitələri ilə daşınması nəzərdə tutulur.
Digər Xəbərlər
02 Noyabr 2026 13:58
Oktyabrda hava iqlim normasından yuxarı olub
02 Noyabr 2026 12:58
Sabah Bakıda 23 dərəcə isti olacaq
02 Noyabr 2026 12:31
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə “Məhsul bayramı” keçirilib - FOTOLAR
01 Noyabr 2026 14:01
Leyla Əliyeva Payız festivalından paylaşım etdi
31 Oktyabr 2026 11:09
Şahdağa qar yağıb - Faktiki hava
31 Oktyabr 2026 00:08
Binanın ehtiyat çıxışılarını bağlayıb obyektə çevirirlər? - VİDEO
30 Oktyabr 2026 17:13
Paytaxtın hansı ərazilərində evlər sökülə bilər? - AÇIQLAMA
30 Oktyabr 2026 16:04


Bakı -°C

