adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
27 Mart 2024 09:55
2354
SAĞLAMLIQ

Xərçəngə tutulma riskini azaldan qida

Sarımsaqlı tomat pastası xərçəngə tutulma riskini azaldır.

Adalet.az xəbər verir ki, bu barədə rusiyalı terapevt Yelena Malışeva məlumat yayıb. 

Həkim vurğulayıb ki, tomat pastasının tərkibində süd vəzi və prostat xərçənginin inkişafının qarşısını alan çoxlu miqdarda likopen var.

Malışevanın sözlərinə görə, sarımsağın tərkibindəki diallil disulfid sayəsində antioksidant funksiyasını yerinə yetirir: “Diallil disulfid mövcud olduqda, likopen bədənə daha asan sorulur. Hər iki maddə xərçənglə mübarizə aparır". 

Bildirilir ki, sarımsaq likopenin udulmasını artırır. Bu səbəbdən həkimlər xərçəngin qarşısını almaq üçün qida rasionuna sarımsaqlı tomat pastası əlavə etməyi tövsiyə ediblər.