adalet.az header logo
  • Bakı -°C
23 Mart 2026 19:00
86
DÜNYA
A- A+

Xərçəngin genetik əsasını kəşf edən Nobelçi vəfat etdi

Xərçəng xəstəliyinin genetik əsaslarını kəşf edən alim, Nobel mükafatı laureatı Con Bişop vəfat edib. 

Adalet.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb. 

90 yaşlı alimin San-Fransiskoda vəfat etdiyi bildirilir. Ailəsinin verdiyi məlumata görə, onun ölümünə səbəb pnevmoniya olub.

Qeyd edək ki, Bişop 1989-cu ildə onkologiya sahəsindəki inqilabi kəşfinə görə fiziologiya və tibb üzrə Nobel mükafatına layiq görülüb. O, həmkarı Harold Varmus ilə birlikdə xərçəngə səbəb olan genlərin sağlam hüceyrələrdə təbii olaraq mövcud olduğunu nümayiş etdirib. Bu tədqiqatlara qədər isə həmin genlərin bədənə viruslar vasitəsilə daxil olduğuna inanılırdı.

Bişop və Varmusun toyuqlarda sarkoma virusunun öyrənilməsinə əsaslanan elmi işi insanlarda onlarla oxşar genin kəşfinə səbəb olub. Bu kəşf alimlərə xərçəng tədqiqatlarını normal genlərin onkogenlərə çevrilməsinin qarşısını almağın yollarını tapmağa yönəltməyə imkan verib.