Xəyal Rza: “Bu, Bakı sakinləri üçün nostalji olacaq”

“Bu yay kinoteatrları həm də Bakı sakinləri üçün nostalji olacaq. Biz keçmişdə olan ənənəni bərpa etmək istəyirik”.
Bu fikirləri AYB-nin mətbuat katibi və festivalın təşkilatçısı Xəyal Rza Adalet.az-a danışarkən bildirib.
“Bu ikinci festivaldır artıq. Keçən il BDU-nun həyətində təşkil etmişdik, çox rəğbətlə qarşılanmışdı. Ona görə də biz bu il tədbirlər silsiləsini bir həftə ərzində hər gün etməyə qərar verdik. Ötənilkindən fərqli olaraq bu festival açıq havadadır, hansısa bir ərazilə məhdudlaşmır, parkdadır, ilk gün üçün hələ ki yaxşıdır, bir söz demək də tezdir, birazdan daha çox adam gələcəyinə inanıram. Çünki kifayət qədər yazanlar var.
Bu festivalın hər gününü bir türk ölkəsinə həsr etmişik. Azərbaycan günü, Qazaxıstan günü, Türkmənistan günü, Qırğızıstan günü, Özbəkistan günü, Türkiyə günü, Macarıstan günü.
Hər axşam yay kinoteatrı formatında bir filmin nümayişi baş tutacaq. Bu gün görkəmli rejissor Oqtay Mirqasımın “Qisas almadan ölmə” filminin nümayişi olacaq. Bundan sonrakı günlərdə isə hər ölkənin özünə məxsus olan eksklüziv filmlər nümayiş olunacaq. Bu yay kinoteatrları həm də Bakı sakinləri üçün nostalji olacaq. Biz keçmişdə olan ənənəni bərpa etmək istəyirik.
Festival günləri ərzində müxtəlif konsertlər, yubileylər olacaq. Bugün Mikayıl Müşfiqin 115 illiyidir. Birazdan Vaqif Səmədoğlunun doğum günündə onun saytının təqdimatı olacaq. Festival axşam saat 21:00-a kimi davam edəcək”.
Eminquey
Digər Xəbərlər

Fikrət Qocanın 90 illiyi qeyd ediləcək - SƏRƏNCAM

Azərbaycan Universitetində tanınmış qələm sahibləri ilə görüş - FOTOLAR

Müəllim qəlbində ümummilli lider Heydər Əliyevin işıqlı xatirəsi...

Surxay Qurbanov – Ağdamın Makarenkosu Yaddaşlarda yaşamaq haqqı qazanmış ziyalı - döyüşçü VİDEO-FOTO

Zərdab və Həsən bəy Zərdabi haqqında - Adil Misirli yazır

Əlabbasın ‘Köhnə Kişi’ Povestinin Bəzi Linqvistik və Üslub Özəllikləri - Nazim Muradov yazır

ELXAN CALALOĞLUNUN ŞEİRLƏRİ
