Xəyyam üçün toplanan pulun aqibəti necə olacaq? - AÇIQLAMA
Meyxanaçı Namiq Qaraçuxurlu ötən gecə dünyasını dəyişən həmkarı Xəyyam Əhmədlinin əməmliyyatına dəstək olmaq istəyən şəxsdən danışıb.
Adalet.az xəbər verir ki, axşam.az-a açıqlama verən Namiq Qaraçuxurlu bildirib ki, Xəyyamı Rusiyaya aparmağa hazırlaşsalar da, alınmayıb:
"Meyxanaçılar Xəyyam üçün 70 min manatdan çox pul toplamışdı. Amma onun əməliyyatını etdirmək istəyən şəxs dedi ki, bütün pulu özüm ödəyəcəyəm. Həmin şəxs onu Moskvada əməliyyat etdirmək istəyirdi. Xəyyam isə bildirdi ki, Belarusiyada həkim tapıb və oranı istəyir. Xərci çəkən adam da dedi ki, harada istəyirsiniz etdirin, mən məbləği ödəyəcəyəm. Hətta yolxərcini də öz üzərinə götürmüşdü. Düzdür, onun xarici ölkəyə aparılması riskli idi. Hələ bir il əvvəl Xəyyam reanimasiyaya yerləşdiriləndə həkimlər bildirmişdi ki, gedin dəfnə hazırlaşın. Onun bir il yaşaması möcüzə idi".
N.Qaraçuxurlu Xəyyam üçün meyxanaçıların topladığı məbləğin aqibətindən danışıb:
"Həmin məbləğ ailəsinə veriləcək. Onlar nə məsləhət bilərlər edərlər. Mən öz və Xəyyamın ailəsinin adından bütün meyxanaçılara, ona dəstək olanlara təşəkkür edirəm".
Qeyd edək ki, Xəyyam uzun sürən xəstəlikdən sonra ötən gecə dünyasını dəyişib.
Digər Xəbərlər
25 Sentyabr 2026 17:03
Biran Damla Yılmaza həbs cəzası verildi - Borca görə
24 Sentyabr 2026 14:07
Almaz Ələsgərli: “ Bunlar müğənnini gözdən salır”
24 Sentyabr 2026 13:45
Əməkdar artist: “Əgər kimsə bu sözlərimi qəbul etmirsə...”
23 Sentyabr 2026 10:18
Aynur Dadaşovanın səhhətində problem yarandı: “Həkim nəzarətindəyəm”
23 Sentyabr 2026 09:15
Roza Zərgərli: “O mahnılar heç nəyi sübut etmədi, amma...”
23 Sentyabr 2026 09:10
Məcid Hüseynov: “Hazırda kino üçün çox vəsait ayrılmır”
22 Sentyabr 2026 13:53
Təcili əməliyyat olunan məşhur müğənnidən xəbər var
22 Sentyabr 2026 11:03


Bakı -°C

