XİN: Azərbaycan İsrail-Fələstin münaqişəsinin iki dövlət prinsipi əsasında həllini dəstəkləyir

Avqustun 25-də xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində təşkil edilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının fövqəladə sessiyasında iştirak və çıxış edib.
Xarici İşlər Nazirliyindən Adalet.az-a verilən xəbərə görə, sessiya zamanı Qəzza bölgəsində davam edən hərbi gərginlik və humanitar böhranın narahatlıq mənbəyi olaraq qaldığı və bu vəziyyətə son qoyulması üçün təcili və qətiyyətli addımların atılmasının vacibliyi qeyd edilib.
Yalçın Rəfiyevin çıxışında Qəzza bölgəsində atəşkəsin əldə olunmasının və humanitar yardımın bölgəyə çatdırılmasına şəraitin yaradılmasının əhəmiyyəti qeyd olunub.
Azərbaycanın münaqişənin “iki dövlət” prinsipi əsasında, beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun həllini dəstəklədiyi bir daha diqqətə çatdırılıb.
Azərbaycanın İƏT-in fəal üzvü kimi Fələstin-İsrail münaqişəsinin diplomatik yolla həllinə dəstək göstərməyə hazır olduğu diqqətə çatdırılıb. Eyni zamanda, Azərbaycanın Fələstin xalqının humanitar vəziyyətinin yüngülləşdirilməsi məqsədilə göstərdiyi yardımlarının bundan sonra da davam etdiriləcəyi vurğulanıb.
Digər Xəbərlər

"Konstitusiyanın təkmilləşdirilməsi istiqamətində zərurətlər meydana çıxıb" - DTX Akademiyasının rəisi

"Sülh müqaviləsinin bir addımlığındayıq" - Siyavuş Novruzov

"Həyat göstərir ki, qanun işlənilərkən müəyyən problemlər ortaya çıxır" - Fərhad Abdullayev

"Suverenlik istənilən xalqın ən böyük arzusudur" - Fərhad Abdullayev

"Separatizmin tabutuna son mismar vuruldu" - Vitse-spiker

Milli Məclisdə Dövlət Suverenliyi Günü ilə bağlı konfrans keçirilir

“ABŞ Nümayəndələr palatası sifarişli qərarlar qəbul edir” - Politoloq
