XİN-dən bayrağımızın Ermənistanda və Fransada yandırılması ilə bağlı BƏYANAT

23 aprel tarixində Ermənistanın paytaxtı İrəvanda “məşəl yürüşü” zamanı, habelə 24 aprel tarixində Fransanın paytaxtı Paris şəhərində erməni icmasının toplantısı zamanı Azərbaycan bayrağının yandırılmasını qətiyyətlə pisləyirik.
Ermənistan və Fransa hökumətləri etnik zəmində kök salmış nifrətin təcəssümü olan bu kimi kampaniyaların qarşısını vaxtında almalı və müvafiq təhlükəsizlik tədbirləri görməli idi.
Ermənistan və Fransa hökuməti bu hərəkətləri törətmiş şəxsləri məsuliyyətə cəlb etməlidir.
Ermənistanda və ondan kənarda hələ də güclü şəkildə revanşist və etnik nifrətə əsaslanan düşüncənin açıq təzahürü olan bu kimi aktlar beynəlxalq səviyyədə pislənməli və qarşısı alınmalıdır.
Digər Xəbərlər

Feridun Sinirlioğlu: ATƏT Azərbaycanla uzunmüddətli əməkdaşlıq barədə öhdəlik götürür

Azərbaycan Ermənistan və Fransaya çağırış edib

XİN başçısı: ATƏT-in Minsk qrupunu saxlamağın heç bir məntiqi yoxdur

Prezidentdən Anar Quliyevlə bağlı SƏRƏNCAM

İlham Əliyev ATƏT-in Baş katibini qəbul etdi - YENİLƏNİB + FOTOLAR

"Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşıdır" - Prezident

İlham Əliyev Kaya Kallası qəbul etdi - YENİLƏNİB
