XİN-dən Ermənistan Baş Qərargah rəisinin müavinin fikirlərinə REAKSİYA
Ermənistan KİV-də ölkənin silahlı qüvvələrinin Baş Qərargah rəisinin müavininə istinadən yayılan bu məlumat, birmənalı şəkildə Ermənistan rəsmiləri tərəfindən Azərbaycan ərazilərinə qanunsuz hərbi birləşmələrin göndərilməsi ilə bağlı edilən növbəti etirafdır.
Adalet.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisinin müavini Saak Saakyanın hərbi xidmətə çağırılan vətəndaşların valideynləri ilə görüşdə Azərbaycanın Qarabağ bölgəsində erməni müddətli hərbi xidmətçilərinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçuları ilə əvəzlənəcəyinə dair məlumatını şərh edərkən bildirib.
“Bu, Ermənistan tərəfindən 9/10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının kobud şəkildə pozulmasıdır. Xatırladırıq ki, sözügedən bəyanatın 4-cü maddəsinə istinadən Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərindən çıxarılır və paralel olaraq bu ərazilərdə Rusiya sülhməramlı kontingenti yerləşdirilir. Tərəfimizdən, bundan öncə dəfələrlə Ermənistan tərəfinin üçtərəfli bəyanatın müddəalarını pozduğu, o cümlədən qanunsuz silahlı birləşmələrini Azərbaycan ərazilərindən tam çıxarmadığını bəyan etmişik.
Hazırda Azərbaycan tərəfindən münaqişə sonrası mərhələdə münasibətlərin normallaşması və sülh quruculuğu istiqamətində addımlar atıldığı bir vaxtda, Ermənistan tərəfinin belə bir yanaşması, sonuncunun bölgədə sülh yox, gərginlik yaratmaq marağını açıq şəkildə nümayiş etdirir.
Ermənistan rəsmilərinin bu açıqlaması Ermənistan tərəfinin sülhdən danışmasının riyakarlıqdan başqa bir şey olmadığını göstərir.
Bu, həmçinin Ermənistan tərəfinin təcavüzkar siyasətinin bir daha açıq şəkildə təcəssümüdür”, - XİN rəsmisi vurğulayıb.
Digər Xəbərlər
22 Iyul 2026 20:24
Dünya mediası Prezidentin Almaniya səfərindən yazır - FOTOLAR
22 Iyul 2026 19:38
Azərbaycanla Slovakiya məxfi məlumatın mübadiləsi haqqında Saziş imzaladı - FOTOLAR
22 Iyul 2026 17:28
Bakıdakı gizli görüşlə bağlı Kremldən açıqlama
22 Iyul 2026 16:04
Prezident Fərman imzaladı
22 Iyul 2026 13:15
“Ordumuzu, vətənimizi ələ salan biri indi çox rahatca deyir ki...”
22 Iyul 2026 11:46
"Mediamız milli maraqlarımızın müdafiəsində səylərini əsirgəməyəcək" - Hikmət Hacıyev
22 Iyul 2026 08:31
“Güclü media etibarlı informasiya təminatını həyata keçirən vacib institutdur”
21 Iyul 2026 22:28


Bakı -°C

