"Onu bu dəfə meydanda görəcəksiniz" - Qurban Qurbanov
Yaxşı komandaya qarşı oynayacağıq. Fərqli rəqibdir. Hər oyunda fərqli sistemlə oynayırlar. Bu baxımdan çox diqqətli və məsuliyyətli olmalıyıq.
Adalet.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bakıda Bolqarıstanın MOİK (Sofiya) klubu ilə keçiriləcək ilk oyundan öncə təşkil olunmuş mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis komandanın hələ istədiyi oyunu sərgiləmədiyini bildirib: “Komanda daxilində müsbət mənada çox dəyişiklik var. Futbolçular çox istəklidirlər və bir-birlərini əvvəlkindən daha yaxşı anlayırlar. Ümid edirik ki, bu dəfə də istədiyimiz oyunu meydanda göstərə biləcəyik. Oyundan-oyuna daha yaxşı olacağımıza inanıram. Bunun nə vaxt tam baş verəcəyini dəqiq demək çətindir, amma buna nail olacağımıza inanıram”.
O, son oyunlarda meydana çıxmayan Xoni Montiellə bağlı da fikirlərini bölüşüb: “Onu bu dəfə meydanda görəcəksiniz. Hələ də bizimlədir. Ola bilər ki, bəzi futbolçuların adları iştirak ərizəsində yer almasın. Bu, hər futbolçunun başına gələ bilər”.
Baş məşqçi transfer çalışmalarının davam etdiyini də vurğulayıb: “İşlərimiz davam edir. Mütləq iki transfer etmək istəyirik. Xeyirlisi olsun”.
Qeyd edək ki, iyulun 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – MOİK görüşü saat 20:00-da başlayacaq.
Digər Xəbərlər
11 Avqust 2026 21:50
"Sabah" darmadağınla pley-off mərhələsində - YENİLƏNİB
11 Avqust 2026 21:00
Macarıstan millisinin sabiq futbolçusu "Neftçi"də
11 Avqust 2026 18:00
Hakimlərin qərarına aydınlıq gətirəcək yeni platforma...
11 Avqust 2026 17:51
"Kəpəz" qapıçı transfer etdi
11 Avqust 2026 17:33
"Neftçi" basketbol klubu Cəbrayıl Əkbərovu transfer edib
11 Avqust 2026 15:33
“Sabah” – “Orhus” matçında anşlaq: Bütün biletlər satılıb
11 Avqust 2026 11:53
Tahir Gözəldən “Qarabağ” - “Dinamo” oyunu öncəsi açıqlama
11 Avqust 2026 11:20


Bakı -°C

