adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
23 Mart 2024 10:19
966
SİYASƏT

XİN “Krokus siti holl”da azərbaycanlıların olması ilə bağlı araşdırma aparır

Moskva vilayətində “Krokus siti holl” əyləncə mərkəzində baş vermiş terror aktında ölən və ya yaralanan Azərbaycan vətəndaşlarının olub-olmaması ilə bağlı araşdırma aparılır.

Bu barədə Adalet.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, hələ ki, dəqiq məlumat yoxdur.

Xatırladaq ki, Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirib ki, saat 10-da (Bakı saatı ilə 11) şəxsiyyəti müəyyən edilmiş ölənlərin siyahısı açıqlanacaq.

Ötən axşam Moskvadakı “Krokus siti holl”da terror aktı baş verib. Hadisə nəticəsində 70-dən çox adam ölüb.