XİN rəhbəri: Azərbaycanla strateji tərəfdaşlıq nəzərəçarpan nəticələr verir

Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq və yaxın dostluq artıq nəzərəçarpan nəticələr verir.
Adalet.az apa-ya istinadən xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili X platformasında paylaşımında qeyd edib.
"Xarici işlər naziri Ceyhun Bayramovu Tbilisidə qonaq etməkdən şərəf duydum. Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq və yaxın dostluq artıq nəzəçarpan nəticələr verir. Bizim güclü öhdəliklərimiz regional sabitlik, firavanlıq və əlaqələri daha da inkişaf etdirəcək", - Boçorişvili qeyd edib.
Digər Xəbərlər

İstanbulda Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yeni perspektivləri müzakirə edilib

Azərbaycanla Kamboca arasında siyasi məsləhətləşmələr keçirilib

İlham Əliyev misirli həmkarını təbrik edib
