Xırdalan sakinlərinə ŞAD XƏBƏR
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Abşeron dairəvi dəmir yolu marşrutu üzrə hərəkət edən qatarları sərnişin tələbatını təmin etmək məqsədilə 15 sentyabr 2025-ci il tarixindən yenilənmiş hərəkət cədvəli ilə xidmət göstərəcək.
Adalet.az xəbər verir ki, yeni hərəkət cədvəlinə əsasən, iş günləri Abşeron dairəvi marşrutu üzrə reyslərin sayı 92-dən 104-ə çatdırılacaq. Belə ki, Bakı–Xırdalan və Xırdalan–Bakı xətləri üzrə reyslərin sayı iş günləri 36-dan 40-a, Bakı–Pirşağı–Sumqayıt–Bakı marşrutu üzrə 56-dan 64-dək artırılacaq. Qeyri-iş günləri isə Bakı–Xırdalan və Xırdalan–Bakı xətləri üzrə reyslərin sayı 16-dan 22-yə çatdırılacaq, Bakı–Pirşağı–Sumqayıt–Bakı xətti üzrə 34 reys yerinə yetiriləcək.
Bu dəyişikliklər həm də sərnişinlər üçün əlavə imkanlar yaradır. Belə ki, Xırdalan və Biləcəri sakinləri üçün Bakı–Xırdalan və Xırdalan–Bakı xətləri üzrə əlavə reyslərin təşkili sərnişinlərin bu istiqamətdə gündəlik gediş-gəlişini asanlaşdıracaq. Eyni zamanda, Bakı–Pirşağı–Sumqayıt–Bakı xətti üzrə reyslərin artırılması sərnişinlər üçün daha çox rahatlıq və seçim imkanı yaradacaq.
Digər Xəbərlər
23 Avqust 2026 21:17
Füzulidəki məktəbin direktoru Prezidentlərin qarşısında çıxış etdi - VİDEO
23 Avqust 2026 13:30
Şükufə Yusupovanın vəziyyəti ilə bağlı açıqlama
23 Avqust 2026 13:23
Sabah 40°-dək isti olacaq
22 Avqust 2026 12:31
FHN Bilgəh Kardioloji Sanatoriyasında təlim keçirdi - VİDEO
21 Avqust 2026 23:39
Ərzaq bazarlarında təhlükəsiz qida təminatı üçün nələrə əməl olunmalıdır? - VİDEO
21 Avqust 2026 18:00
Samuxda qarayara ilə bağlı dezinfeksiya işləri aparıldı
21 Avqust 2026 15:38
Növbəti köç: Bu dəfə Xankəndi, Xocalı və Ağdərəyə -YENİLƏNİB
21 Avqust 2026 12:41


Bakı -°C

