adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
21 Fevral 2021 14:45
27929
HADİSƏ

Xırdalanda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində ümumi sahəsi 77 kvm olan 2 otaqlı mənzilin bir otağında ev əşyaları 15 kvm sahədə və qapı qismən yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.