Xızıda evlərdən oğurluq edən şəxs saxlanıldı
Xızı Rayon Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini, Xızı rayonunda ona məxsus evdən qapını sındırma yolu ilə oğurluq edilməsi barədə məlumat verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Adalet.az-a verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar Xızı RPŞ-nin əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirləri keçirilib və oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Xızı rayon sakini Xudayar Məmmədov saxlanılıb.
Həmin şəxsin zərərçəkmişə aid evə girərək qızıl-zinət əşyaları, müxtəlif növ məişət avadanlıqları, matorlu otbiçən aparat, kompüter prosessoru və s. oğurladığı müəyyən edilib.
Faktla bağlı Xızı RPŞ-də araşdırma aparılır.
Digər Xəbərlər
21 Mart 2026 09:53
Bakıda müəllim bayram günü əri tərəfindən qətlə yetirildi
20 Mart 2026 13:01
Dələduzluq edən15 nəfər saxlanıldı
20 Mart 2026 12:55
Polis 51,2 kiloqrama yaxın narkotik vasitə aşkarladı
19 Mart 2026 11:16
Qanunsuz saxlanılan silahlar aşkarlandı
18 Mart 2026 19:16
Axtarışda olan şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olundu
18 Mart 2026 16:20
16 yaşlı arvadını boğaraq Kürə atan şəxsin cəzası ağırlaşdırıldı
18 Mart 2026 15:52
Türkiyədən qanunsuz yolla dərman preparatlarının gətirilməsinin qarşısı alınıb
18 Mart 2026 12:43


Bakı -°C

