Xpress.az 1 yaşında!
Xpress.az xəbər portalının fəaliyyətə başlamasından bir il ötür. Ötən bir il ərzində portal informasiya məkanında öz yerini tutmaq, oxuculara operativ, obyektiv və aktual xəbərlər çatdırmaq istiqamətində fəaliyyət göstərib.
Yarandığı gündən etibarən gündəmin nəbzini tutmağı, cəmiyyəti maraqlandıran məsələləri işıqlandırmağı və ictimai əhəmiyyətli mövzuları diqqətdə saxlamağı qarşısına məqsəd qoyan Xpress.az bir il ərzində öz media yolunu formalaşdırmağa çalışıb.
Portalın fəaliyyətində ölkədə və dünyada baş verən hadisələrlə yanaşı, sosial problemlərin işıqlandırılması, mədəniyyət, təhsil, turizm və digər sahələrdə aktual mövzuların ictimaiyyətə çatdırılması da mühüm yer tutur.
Müasir dövrdə medianın əsas missiyalarından biri yalnız xəbər vermək deyil, həm də cəmiyyəti düşündürən məsələlərə diqqət çəkmək, ictimai müzakirələrə töhfə vermək və informasiya etibarlılığını qorumaqdır. Xpress.az da gələcək fəaliyyətində bu prinsipləri əsas tutaraq oxucularının etimadını qazanmağı və peşəkar jurnalistika ənənələrinə sadiq qalmağı hədəfləyir.
Bir il yeni bir media platforması üçün həm təcrübə, həm də gələcək inkişaf yolunun başlanğıcıdır. Qarşıda daha çox mövzuya toxunmaq, maraqlı reportajlar hazırlamaq, cəmiyyətin səsini aidiyyəti ünvanlara çatdırmaq və informasiya məkanına töhfə vermək kimi hədəflər dayanır.
Biz də "Ədalət" qəzetinin kollektivi olaraq başda Xpress.az saytının baş redaktoru Xəyalə Rəis olmaqla, bütün heyəti təbrik edir və uğurlar arzulayırıq!
Digər Xəbərlər
02 Noyabr 2026 17:55
“Rəqəmsal Media Ayı” başlayıb
02 Noyabr 2026 11:35
Türkiyənin sosial şəbəkə seqmentində Prezidentin adından saxta fikirlər yayılır - Media və Yayım Şurası
02 Noyabr 2026 09:56
"Rəqəmsal Media Ayı" keçiriləcək
01 Noyabr 2026 18:15
Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz – Mətbuat Şurasının sədri
01 Noyabr 2026 15:00
Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı BƏYANAT
30 Oktyabr 2026 15:00
Əhməd İsmayılov Nat Bayjay ilə görüşdü - FOTOLAR
29 Oktyabr 2026 13:39
"Jurnalistlərə fiziki təzyiq göstərilməsi yolverilməzdir" - MŞ
29 Oktyabr 2026 12:52


Bakı -°C

