Elə mahnıları balaca uşaq da oxuyar...
Beş-on gündən bir Manaf Ağayev televiziyalarda Məhərrəm Astaralının toy üçün yazdığı mahnıları oxuyur.
Bəh- bəhlə də tərifləyir ki, bu mahnılardan olmaz. Elə mahnıları balaca uşaq da oxuyar. İnsafən , Manaf pis müğənni deyil. Və şirin səsi var. Sadəcə olaraq sənətə yox, toya işləyir. İstəsə bəstəkar mahnıları da oxuyar. Deyəcəksiniz ki, Məhərrəm Astaralı bəstəkar deyil. O, mahnılar yazır və yazdığı mahnıların da ömürü uzaqbaşı dörd- beş ildir. Amma hər mahnı yazan da bəstəkar deyir.
Manaf Ağayev zəhmət çəkib, Cahangir Cahangirovun, Bəhram Nəsibovun, Oqtay Kaziminin, Emin Sabitoğlunun, Ələkbər Tağıyevin, Tahir Əkbərin mahnılarını oxusaydı, daha böyük mügənni olardı. Amma oxumadı, oldu indiki Manaf Ağayev. Və ona görə də musiqi aləmində sənətin uca zirvəsinə qalxa bilmədi.O, vətənpərvər, xeyirxah, yetimə - yesirə arxa duran, kömək edən oğlandır. Onu sevənlər, xoşlayanlar çoxdur və toyu da gözəl aparır, canlı oxuyur!
Emil Faiqoğlu
Digər Xəbərlər
29 Oktyabr 2026 19:51
Xalq artisti Zaur Rzayev vəfat edib
29 Oktyabr 2026 07:03
Firəngiz Mütəllimova ailə qurmamasının səbəbini açıqladı
29 Oktyabr 2026 06:56
“Kürk Mantolu Madonna” film olur
28 Oktyabr 2026 17:54
Yeni işi bəlli oldu
28 Oktyabr 2026 16:53
"Deyirlər, Oqtay Əliyevin vəfatından sonra Dilarə daha çox parladı"
28 Oktyabr 2026 13:08
Luna: "Pulsuz kişi nəyimə gərəkdir?”
28 Oktyabr 2026 12:41
Əməkdar artistin qızı: “Anamın müalicəsi üçün yüksək məbləğ lazımdır”
28 Oktyabr 2026 07:20


Bakı -°C

