“O heç nədən qorxan adam deyildi...”
“Şair dostumuz Əlisəmid Kür bizi tərk etdi. Gözümüzün qabağında böyük bir nəsil haqqını almadan qırılıb gedir. Doğrudur, mən bunu istiqlalçılarla bağlı yazmışdım, ancaq Əlisəmidi milli istiqlaldan kim ayıra bilər ki?!”.
Adalet.az xəbər verir ki, bunu yazıçı Səfər Alışarlı deyib.
O bildirib ki, onun hər bir şeiri mənəvi intibahın poetik nəfəsi, hissi və həyəcanı ilə süslənib:
“İndi şair haqda xatirə yazmaq bir az çətindir. Sosial mediada o qədər ləyaqətsizə o qədər boğazdanyuxarı təriflər yağdırırlar ki, adam layiqlilər haqda o sözləri deməyə qorxur. Əlisəmid heç nədən qorxan adam deyildi, nəyi vardısa, ədəbiyyata qurban vermişdi. Bir quru canı vardı, onu da sonda yazılmamış misra kimi bizə bağışladı. Şeri necə yazmışdısa, çörəyi necə qazanmışdısa, arağı necə içmişdisə, o cür də mərdi-mərdanə, qorxusuz-hürküsüz, sanki zarafatla öldü ki, sabah bizimlə qarşılaşanda təəccüblənməyək”.
Qeyd edək ki, şair Əlisəmid Kür bu gün 71 yaşında vəfat edib.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
30 Sentyabr 2026 16:45
80 yaşlı çempion - Tərlanə Yaqubqızı yazır
30 Sentyabr 2026 15:46
Payızın ilk “Ulduz”u
29 Sentyabr 2026 13:55
Uşaq ədəbiyyatşünaslığına yeni töhfə: Zaur Ustacın yaradıcılığı tədqiq olunub
29 Sentyabr 2026 07:42
Ağıllı oğlan
28 Sentyabr 2026 14:32
Ölünü dirildən Yazı (Aqil Abbasın "Rəmiş" povesti üzərinə) - Sərvaz HÜSEYNOĞLU yazır
28 Sentyabr 2026 09:59
Əbülfət Mədətoğlu: ŞƏHİD ANASININ GÖZLƏRİ
27 Sentyabr 2026 08:00
ŞƏHİDLİKDƏN ZƏFƏRƏ: 27 SENTYABRIN YADDAŞIMIZDAKI YERİ
26 Sentyabr 2026 12:41


Bakı -°C

