“Azərbaycan Mərkəzi Asiyanı Cənubi Qafqaz və Avropa ilə birləşdirən etibarlı körpüdür”

“Bu baxımdan cənab Prezidentimiz İlham Əliyevin qardaş Qazaxıstan Respublikasına dövlət səfəri təkcə ikitərəfli deyil, həmçinin regional və beynəlxalq məsələlərin müzakirəsi, imzalanan sənədlər baxımından mühüm rol oynadı. Səfərə xüsusi əhəmiyyət verən Prezident Kasım-Jomart Tokayevin dediyi aşağıdakı fikirlər diqqəti cəlb etdi: “Qardaş Azərbaycan xalqının liderini, görkəmli dövlət xadimi Prezident İlham Əliyevi qazax torpağında qəbul etmək bizim üçün böyük şərəfdir”.
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin sədr müavini, millət vəkili Musa Qasımlı deyib.
O bildirib ki, bu səfər ümumi kökləri və tarixi olan iki qardaş millətin, etibarlı strateji tərəfdaş olan dövlətin münasibətlərinin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsinə, dostluğun gələcəkdə də hərtərəfli möhkəmlənməsinə və müxtəlif sahələrdə əməkdaşlığına yeni təkan verilməsi məqsədinin həyata keçirilməsinə kömək edəcək mühüm hadisədir:
“Səfər zamanı imzalanan sənədlər, müştərək müəssisələrin yaradılması niyyətinin ifadə edilməsi, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu kimi mühüm strateji dəhlizin reallaşdırılmasının gedişinin nəzərdən keçirilməsi, yüklərin ixracı üçün yeni Trans-Xəzər bərə sisteminin yaradılması imkanının müzakirə edilməsi, Qazaxıstan neftinin Bakı – Tbilisi – Ceyhan marşrutu ilə nəqli üzrə birgə iş, informasiya texnologiyaları sahəsində əməkdaşlıq strateji əhəmiyyət daşıyır, eyni zamanda qardaş ölkənin müstəqilliyini gücləndirir. Azərbaycanın haqq işini daim müdafiə edən Qazaxıstanın Füzulidə tikdiyi Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi uşaqların təhsili və inkişafı ocağı kimi qardaşlığımızın, birliyimizin rəmzi olub, gələcək nəsillərə də bir örnəkdir. Mədəniyyət, elm, təhsil, informasiya sahələrində qarşılıqlı fəaliyyətin geniş perspektivləri vardır”.
Musa Qasımlının sözlərinə görə, səfər dövlətlərarası münasibətlərdə şəxsiyyət amilinin müstəsna rol oynadığını bir daha göstərdi:
“Prezident Kasım-Jomart Tokayevin dövlət başçımız haqqında dediyi aşağıdakı fikirləri ilə millətimiz yalnız qürur duya bilər: “İlham Heydər oğlu Əliyev tarixi miqyasda görkəmli dövlət xadimidir. O, Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün müdafiəsinə və möhkəmləndirilməsinə həlledici töhfə verib. Prezident İlham Əliyevin yorulmaz səyləri sayəsində Azərbaycanın dünya arenasında nüfuzu və təsiri dəfələrlə güclənib. Onun güclü liderliyi ilə Azərbaycan bir çox sahələrdə, hər şeydən əvvəl sosial-iqtisadi inkişafda böyük uğurlar qazanıb. Genişmiqyaslı islahatların nəticələri iqtisadiyyatın davamlı artımında, vətəndaşların rifahının yüksəldilməsində, Sizin ölkənizin dinamik şəkildə dəyişməsində öz əksini tapır. Azərbaycan iqtisadiyyatının makroiqtisadi göstəriciləri dayanıqlılıq ilə fərqlənir və ölkənin tərəqqisinin, iqtisadiyyatınızın yaxşı formada olmasının inandırıcı göstəricisidir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər

Suriyadan altı azərbaycanlı ölkəyə gətirildi

İlham Əliyev Viktor Orbanı təbrik etdi

Pakistan Senatının sədri gələn həftə Azərbaycana gəlir

“Simonyanı kimi bəzi şəxsləri adam etmək üçün...”

“Ermənistan anlamalıdır ki, qlobal ticarət əlaqələri Azərbaycanla normal münasibətdən asılıdır”

Azərbaycanlı və erməni nümayəndələr İrəvanda görüşdülər

Ceyhun Bayramov estoniyalı həmkarı ilə görüşüb - YENİLƏNİB
