O hadisədən sonra “cola” içməyə son qoydum – Müşfiq Abbasov
“Bakı şəhər prokurorluğunda işləyəndə Xırdalanda qəribə bir hadisə olmuşdu. Belə ki, həmin ərazidə yerləşən "Cola" şirkətlərindən birinin zavodunda çənlərdən biri partlamışdı. Bu çəndə içkinin tərkibinə vurulan qaz yerləşirdi. Tənzimləmə mexanizmi işə düşmədiyinə görə çəndə təzyiq çoxalmış və necə partlamışdısa çən 2 km-dən çox havada uçaraq Bakı-Sumqayıt yolunun üstündən keçib yaşayış evlərindən birinə çırpılmışdı. Yaxşı ki, xəsarət filan yox idi”.
Adalet.az xəbər verir ki, bunu hüquqşunas Müşfiq Abbasov deyib. O, bildirib ki, işlə tanış olmaq üçün zavodun ərazisinə daxil olanda dəhşətə gəlib:
“Gördüyüm mənzərə məni dəhşətə gətirdi. Hər yer çirkab, “cola”nın plasmas qablarının yuyulduğu su çəninin içərisi biabırçılıq idi. Təsəvvür edin suyun rəngi palçıqdan heç fərqlənmir. Zavodun divarları dibində qaçan siçanlar “cola” qablarının üstündən keçib gedir. Həmin günədək bəzən mən də cola içirdim. Amma həmin gün gördüyüm mənzərə “cola”ya birdəfəlik son qoymağıma gətirib çıxardı. İndi bəzən oğlum məndən gizli cola sifariş verir. Bu mətni yazıram ki oğlum da oxusun və siz də uşaqlarınıza göndərin. Onlara izah edin ki, içdikləri colanın içərisində siçan qığına qədər var. İndi özünüz baxın”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
23 Fevral 2026 12:34
Azərbaycanda əczaçılıq məhsularının istehsalı 3 dəfəyə yaxın artıb
23 Fevral 2026 11:42
Vətəndaşlar özəl xəstəxanalarda onkoloji yardım alacaq
22 Fevral 2026 16:16
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım üçün müraciət etdi
21 Fevral 2026 10:00
Bu xəstəliyi saçla müəyyən etməyin yolu tapıldı
19 Fevral 2026 09:30
Bu içki gün boyunca insanı tox tutur - İmsakda tövsiyə olunandır
18 Fevral 2026 10:42
Fəaliyyətinə icazə verilən plastik cərrahların siyahısında dəyişiklik edildi
17 Fevral 2026 15:57
Sevda Həsənova evə buraxıldı
17 Fevral 2026 10:11


Bakı -°C

